EEvastart

Satış və sosial şəbəkələrlə iş üzrə menecer

Bakı Posted 2 h ago Source
No experience Sales
Monthly salary
₼700 – 2,500
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Satış və sosial şəbəkələrlə iş üzrə menecer

Avtomobil ayaqaltılarının istehsalı və satışı ilə məşğul olan şirkətimizə aktiv, ünsiyyətcil və satış bacarığı olan əməkdaş axtarırıq.

İş şəraiti:

• İş qrafiki: həftədə 6 gün

• İş saatları: 10:00 dan –19:00 dək

• Əməkhaqqı: 700 AZN + şəxsi satışlardan bonus

• Əməkhaqqı rəsmi şəkildə ödənilir

• Əməkdaş qanunvericiliyə uyğun olaraq rəsmi şəkildə işə qəbul edilir

• Satış nəticələrindən asılı olaraq əlavə qazanc imkanı

• Məhsullar və satış prosesi üzrə təlim

 

Maraqlanan namizədlər özləri haqqında qısa məlumatı və ya CV-lərini WhatsApp vasitəsilə göndərə bilərlər.

 

Öhdəliklər

• Müştərilərdən daxil olan zəngləri cavablandırmaq

• WhatsApp, Instagram, TikTok və digər sosial şəbəkələrdən gələn mesajları cavablandırmaq

• Müştərilərə məhsullar barədə ətraflı məlumat vermək

• Sifarişləri qəbul etmək və satış prosesini yekunlaşdırmaq

• Sosial şəbəkələr üçün foto və video məzmun hazırlamaq

• Məhsulların təqdimatı üçün qısa videolar çəkmək

• Sosial şəbəkələrdə canlı yayımlar keçirmək

• Mövcud və potensial müştərilərlə əlaqə saxlamaq

• Satışların artırılmasında aktiv iştirak etmək

Tələblər

• Azərbaycan dilində səlis danışıq qabiliyyəti

• Müştərilərlə düzgün və nəzakətli ünsiyyət bacarığı

• Satış bacarığı və nəticəyönümlülük

• Kamera qarşısında sərbəst olmaq

• Instagram və TikTok sosial şəbəkələrindən istifadə bacarığı

• Məsuliyyətli, aktiv və öyrənməyə həvəsli olmaq

• Satış və ya sosial media sahəsində təcrübə üstünlükdür

Similar jobs

See all
Apply