A AMOGROUPAMOGROUP

SƏTƏM üzrə mütəxəssis

Qusar Posted 4 h ago Source
Full-time 3–5 years HR
Monthly salary
Salary negotiable
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Təsvir

  • Şirkətin SƏTƏM strategiyasına uyğun fəaliyyətin təşkili və həyata keçirilməsi;
  • SƏTƏM mədəniyyətinin şirkət daxilində formalaşdırılması və işçilərin koordinasiyalı şəkildə proseslərə cəlb edilməsi;
  • İstehsalatda sağlam və təhlükəsiz əmək şəraitinin yerli qanunvericiliyin tələblərinə uyğun şəkildə təmin edilməsi;
  • Təhlükəli və zərərli istehsalat amillərinə nəzarət mexanizmlərinin qurulması və effektiv izlənməsi;
  • İstehsalatda istifadə olunan avadanlıq və qurğuların təhlükəsiz istismarının təmin edilməsi;
  • Tullantıların idarə olunması prosesinin müvafiq qanunvericilik və standartlara uyğun şəkildə tənzimlənməsi, hesabatlılıq mexanizmlərinin müəyyən olunması;
  • SƏTƏM üzrə aidiyyəti struktur bölmələrdən məlumatların toplanması və baş ofisə mütəmadi hesabatların təqdim olunması;
  • SƏTƏM sahəsində dövlət qurumları ilə əlaqələrin qurulması və fəaliyyətlərin mövcud qanunvericiliyə uyğun təşkili;
  • Yeni işçilər üçün giriş (intro), yanğın təhlükəsizliyi və planlı SƏTƏM təlimlərinin təşkil olunması və keçirilməsi.

Tələblər

  • SƏTƏM üzrə minimum 1 il iş təcrübəsi
  • Əmək Məcəlləsi, “İstehsalatda əməyin mühafizəsi haqqında” qanun və digər normativ sənədləri yaxşı tanımaq
  • SƏTƏM sənədləri ilə işləmək və hesabatlar hazırlamaq bacarığı
  • Müstəqil işləmə, nəzarət və rəhbərlik bacarığı
  • Yaxşı ünsiyyət və komandada işləmək bacarığı
  • Kompüter bilikləri (MS Office), xüsusən Excel və Word

  • İş qrafiki: Tam iş günü
  • 6 günlük iş rejimi
  • Əmək haqqı razılaşma yolu ilə
A AMOGROUP
AMOGROUP

“AMO CORPORATE GROUP” 1995-ci ildən bu yana, kənd təsərrüfatı məhsullarının istehsalı, onların idxal və ixracı, Horeca sistemi ilə çatdırılması və beynəlxalq nəqliyyat sahələrində fəaliyyət göstərən…

Similar jobs

See all
Apply