AMOGROUP SƏTƏM üzrə mütəxəssis
İş rejimi Tam ştat Təcrübə 3–5 il Kateqoriya İnsan resursları
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- Şirkətin SƏTƏM strategiyasına uyğun fəaliyyətin təşkili və həyata keçirilməsi;
- SƏTƏM mədəniyyətinin şirkət daxilində formalaşdırılması və işçilərin koordinasiyalı şəkildə proseslərə cəlb edilməsi;
- İstehsalatda sağlam və təhlükəsiz əmək şəraitinin yerli qanunvericiliyin tələblərinə uyğun şəkildə təmin edilməsi;
- Təhlükəli və zərərli istehsalat amillərinə nəzarət mexanizmlərinin qurulması və effektiv izlənməsi;
- İstehsalatda istifadə olunan avadanlıq və qurğuların təhlükəsiz istismarının təmin edilməsi;
- Tullantıların idarə olunması prosesinin müvafiq qanunvericilik və standartlara uyğun şəkildə tənzimlənməsi, hesabatlılıq mexanizmlərinin müəyyən olunması;
- SƏTƏM üzrə aidiyyəti struktur bölmələrdən məlumatların toplanması və baş ofisə mütəmadi hesabatların təqdim olunması;
- SƏTƏM sahəsində dövlət qurumları ilə əlaqələrin qurulması və fəaliyyətlərin mövcud qanunvericiliyə uyğun təşkili;
- Yeni işçilər üçün giriş (intro), yanğın təhlükəsizliyi və planlı SƏTƏM təlimlərinin təşkil olunması və keçirilməsi.
Tələblər
- SƏTƏM üzrə minimum 1 il iş təcrübəsi
- Əmək Məcəlləsi, “İstehsalatda əməyin mühafizəsi haqqında” qanun və digər normativ sənədləri yaxşı tanımaq
- SƏTƏM sənədləri ilə işləmək və hesabatlar hazırlamaq bacarığı
- Müstəqil işləmə, nəzarət və rəhbərlik bacarığı
- Yaxşı ünsiyyət və komandada işləmək bacarığı
- Kompüter bilikləri (MS Office), xüsusən Excel və Word
- İş qrafiki: Tam iş günü
- 6 günlük iş rejimi
- Əmək haqqı razılaşma yolu ilə
A 

AMOGROUP
“AMO CORPORATE GROUP” 1995-ci ildən bu yana, kənd təsərrüfatı məhsullarının istehsalı, onların idxal və ixracı, Horeca sistemi ilə çatdırılması və beynəlxalq nəqliyyat sahələrində fəaliyyət göstərən…