R Ramton HoldingRamton Holding

Telefon Satış Mütəxəssisi

Bakı Posted 1 d ago Source
Full-time 1–3 years Sales
Monthly salary
Salary negotiable
Application deadline
13 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vəzifə öhdəlikləri

* Instagram, TikTok və WhatsApp platformaları vasitəsilə daxil olan müraciətləri operativ şəkildə cavablandırmaq;
* Daxil olan telefon zənglərini peşəkar şəkildə cavablandırmaq və müştərilərlə effektiv ünsiyyət qurmaq;
* Müştərilərlə telefon və yazışma vasitəsilə satış həyata keçirmək;
* Şirkət tərəfindən müəyyən edilmiş gündəlik və aylıq zəng hədəflərini, eləcə də satış planını vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək;
* Müştərinin ehtiyacını düzgün müəyyən edərək uyğun məhsulu təqdim etmək və satışı uğurla yekunlaşdırmaq;
* Müştəri məlumatlarını CRM sistemində düzgün şəkildə qeydiyyata almaq və izləmək;
* Şirkətin satış, xidmət və etik davranış standartlarına riayət etmək.

Namizədə tələblər

* Yalnız xanım namizədlər;
* Yaş həddi: 21–28 yaş;
* Azərbaycan dilini sərbəst bilmək;
* Rus dilini bilmək arzuolunandır;
* Telefon satışları və müştəri xidməti sahəsində minimum 2 il iş təcrübəsinə malik olmaq;
* Güclü ünsiyyət, təqdimat və satış bacarığı;
* Məsuliyyətli, intizamlı, nəticəyönümlü və operativ olmaq;
* Komandada işləmək bacarığı və öyrənməyə həvəsli olmaq;
* Satış hədəfləri ilə işləmək bacarığı.

Biz nə təklif edirik?

* Rəsmi əmək müqaviləsi;
* Motivasiyaedici bonus sistemi və yüksək gəlir əldə etmək imkanı;
* Satış sahəsində peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
* Təlim və adaptasiya dəstəyi;
* Rahat, müasir və dinamik iş mühiti.

İş qrafiki:

* Həftəiçi 5 iş günü
* İş saatı: 10:00 – 18:00

Əmək haqqı: Net əmək haqqı + yüksək bonus sistemi. Uğurlu satış nəticələrinə əsasən minimal aylıq gəlir 1.200 AZN, daha yüksək qazanc əldə etmək imkanı mövcuddur.

 

Müraciət qaydası

CV-nizi [email protected] elektron poçt ünvanına göndərin.

Əlavə məlumat üçün: +994554581626

R Ramton Holding
Ramton Holding

Similar jobs

See all