E EnermusEnermus

Tender üzrə mütəxəssis

Posted 15 h ago Source
Logistics
Monthly salary
Salary negotiable
Application deadline
21 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Tender mərhələsi

  • Dövlət (etender.gov.az, e-tender.socar.az) və özəl satınalma portallarında elanların gündəlik monitorinqi
  • Şirkətin fəaliyyət sahəsinə uyğun tenderlərin seçilməsi və analiz edilməsi
  • Tender sənədlərinin ətraflı araşdırılması
  • Uyğunluq analizinin aparılması (şirkətin tələblərə cavab verib-verməməsi)
  • Lazımi arayışların və sənədlərin (vergi, bank, lisenziya və s.) toplanması
  • Tender portalına sənədlərin düzgün və vaxtında yüklənməsi
  • Sifarişçi tərəfindən verilən sualların cavablandırılması
  • Tender prosedurlarının qanunvericiliyə uyğun aparılmasına nəzarət

Tender nəticələrinə əsasən qalib olduqdan sonra (Full proses idarəetməsi)

Müqavilə və hüquqi mərhələ

  • Tender nəticələrinə əsasən müqavilənin hazırlanmasına və razılaşdırılmasına nəzarət
  • Müqavilə şərtlərinin (çatdırılma müddəti, ödəniş şərtləri və s.) yoxlanılması
  • Müqavilənin imzalanma prosesinin koordinasiyası
  • Sifarişçi ilə rəsmi yazışmaların aparılması

Kommunikasiya və sorğuların idarəsi

  • Portal və e-mail vasitəsilə daxil olan sorğuların operativ cavablandırılması
  • Yaranan problemlərin araşdırılması və həll yollarının təqdim edilməsi
  • Müştəri ilə davamlı əlaqənin saxlanılması
  • Layihə üzrə statusların izlənməsi və hesabat verilməsi

Təchizat və logistika

  • Tender üzrə tələb olunan malların siyahısının hazırlanması
  • Malların alışı üzrə şirkətin əməkdaşlıq etdiyi təchizatçılara sifarişlərin yerləşdirilməsi 

Satış və uçot (ERP sistemi)

  • Malların ERP sisteminə daxil edilməsi (məsələn, 1C:Enterprise)
  • Satış sənədlərinin hazırlanması (qaimə, hesab-faktura və s.)
  • Mühasibatlıq ilə koordinasiya
  • Maliyyə əməliyyatlarının izlənməsi

Hesabat və bağlanış

  • Tender layihəsinin yekun hesabatının hazırlanması
  • Müqavilə öhdəliklərinin tam icrasına nəzarət
  • Sifarişçinin qəbul aktlarının alınması
  • Layihənin bağlanması və arxivləşdirilməsi

Tələb olunan bilik və bacarıqlar:

  • Azərbaycan və ingilis dili bilikləri (Rus dili əlavə üstünlükdür)
  • Yüksək səviyyədə Excel və Word bilikləri ;
  • Kommunikasiya bacarığı;
  • Komanda ilə işləmək bacarığı;

Tələb olunan təhsil, iş təcrübəsi:

  • Təhsil: Ali təhsil 
  • Tender və ya satınalma sahəsində 2 ildən yuxarı iş təcrübəsi.

İş Şərtlərimiz:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Əmək haqqı: Razılaşma yolu ilə
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Ağ Şəhər, Birinci Yaşıl Ada küçəsi

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

This job is also on other sites
Ishly brings the whole market together — no need to check each site separately.

Similar jobs

See all