Tender üzrə mütəxəssis
15 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Logistika
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Tender mərhələsi
- Dövlət (etender.gov.az, e-tender.socar.az) və özəl satınalma portallarında elanların gündəlik monitorinqi
- Şirkətin fəaliyyət sahəsinə uyğun tenderlərin seçilməsi və analiz edilməsi
- Tender sənədlərinin ətraflı araşdırılması
- Uyğunluq analizinin aparılması (şirkətin tələblərə cavab verib-verməməsi)
- Lazımi arayışların və sənədlərin (vergi, bank, lisenziya və s.) toplanması
- Tender portalına sənədlərin düzgün və vaxtında yüklənməsi
- Sifarişçi tərəfindən verilən sualların cavablandırılması
- Tender prosedurlarının qanunvericiliyə uyğun aparılmasına nəzarət
Tender nəticələrinə əsasən qalib olduqdan sonra (Full proses idarəetməsi)
Müqavilə və hüquqi mərhələ
- Tender nəticələrinə əsasən müqavilənin hazırlanmasına və razılaşdırılmasına nəzarət
- Müqavilə şərtlərinin (çatdırılma müddəti, ödəniş şərtləri və s.) yoxlanılması
- Müqavilənin imzalanma prosesinin koordinasiyası
- Sifarişçi ilə rəsmi yazışmaların aparılması
Kommunikasiya və sorğuların idarəsi
- Portal və e-mail vasitəsilə daxil olan sorğuların operativ cavablandırılması
- Yaranan problemlərin araşdırılması və həll yollarının təqdim edilməsi
- Müştəri ilə davamlı əlaqənin saxlanılması
- Layihə üzrə statusların izlənməsi və hesabat verilməsi
Təchizat və logistika
- Tender üzrə tələb olunan malların siyahısının hazırlanması
- Malların alışı üzrə şirkətin əməkdaşlıq etdiyi təchizatçılara sifarişlərin yerləşdirilməsi
Satış və uçot (ERP sistemi)
- Malların ERP sisteminə daxil edilməsi (məsələn, 1C:Enterprise)
- Satış sənədlərinin hazırlanması (qaimə, hesab-faktura və s.)
- Mühasibatlıq ilə koordinasiya
- Maliyyə əməliyyatlarının izlənməsi
Hesabat və bağlanış
- Tender layihəsinin yekun hesabatının hazırlanması
- Müqavilə öhdəliklərinin tam icrasına nəzarət
- Sifarişçinin qəbul aktlarının alınması
- Layihənin bağlanması və arxivləşdirilməsi
Tələb olunan bilik və bacarıqlar:
- Azərbaycan və ingilis dili bilikləri (Rus dili əlavə üstünlükdür)
- Yüksək səviyyədə Excel və Word bilikləri ;
- Kommunikasiya bacarığı;
- Komanda ilə işləmək bacarığı;
Tələb olunan təhsil, iş təcrübəsi:
- Təhsil: Ali təhsil
- Tender və ya satınalma sahəsində 2 ildən yuxarı iş təcrübəsi.
İş Şərtlərimiz:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Əmək haqqı: Razılaşma yolu ilə
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Ağ Şəhər, Birinci Yaşıl Ada küçəsi
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
E 
Enermus