S SupertoysSupertoys

TikTok Kontent yaradıcısı

Posted 8 h ago Source
Marketing
Monthly salary
Salary negotiable
Application deadline
27 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Supertoys komandamıza yaradıcı, kamera qarşısında sərbəst çıxış edə bilən və TikTok platformasında aktiv kontent yarada biləcək TikTok Kontent Yaradıcısı axtarırıq.

Vəzifə öhdəlikləri:

  • TikTok üçün gündəlik kontent videolarının hazırlanması və çəkilişində iştirak etmək;

  • Kamera qarşısında məhsulların və kampaniyaların təqdimatını etmək;

  • Trend olan TikTok formatlarını izləmək və uyğun kontent yaratmaq;

  • Kreativ video ideyalarının hazırlanmasında iştirak etmək;

  • Şirkət məhsullarını cəlbedici və satış yönümlü formada təqdim etmək;

  • TikTok canlı yayımlarında iştirak etmək və məhsul təqdimatı etmək;

  • Video çəkiliş prosesində komanda ilə əməkdaşlıq etmək;

  • Paylaşılan kontentlər üçün performansın artırılmasına dəstək vermək.

Tələblər:

  • Yaş: 18-28 bəylər və xanımlar

  • Kamera qarşısında sərbəst və inamlı çıxış bacarığı;

  • TikTok trendləri və qısa video formatları haqqında anlayış;

  • Kreativ düşüncə və improvizasiya bacarığı;

  • Aktiv, enerjili və kommunikativ olmaq;

  • Satış yönümlü təqdimat bacarığı;

  • Canlı yayımların aparılması

  • Azərbaycan dilində sərbəst ünsiyyət (rus dili üstünlükdür).

Üstünlükdür:

  • TikTok və ya Instagram Reels kontent təcrübəsi;

  • Portfolio

  • CapCut və ya digər montaj proqram biliyi;

  • Influencer və ya creator təcrübəsi;

  • Canlı yayım (TikTok Live) təcrübəsi;

  • Uşaq məhsulları və ya pərakəndə sahədə təcrübə.

  • Əmək haqqı: 700 AZN+Bonus

  • Bu sahədə təcrübəsi olmayan, lakin özündə potensial və öyrənmə həvəsi görən namizədlər də müraciət edə bilərlər.

Müraciət qaydası:

Mövzu hissəsində “TikTok Kontent Yaradıcısı qeyd edərək şəkilli CV-nizi [email protected]  ünvanına göndərin.

Əlaqə: 055-220-23-72 (Vatsap)

S Supertoys
Supertoys
Topdansatış və pərakəndə ticarət

SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda…

Similar jobs

See all
Call