A Azersun HoldingAzersun Holding

Baş mühasib

Bakı Опубликовано 1 ч. назад Источник
Полная занятость 1–3 года Финансы
Ежемесячная зарплата
Зарплата по договорённости
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vakansiyanın təsviri

  • Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Maliyyə (mühasibat) hesabatlarının müəyyən edilmiş müddətlərdə hazırlanmasını və təqdim edilməsini təmin etmək;
  • Müəssisənin bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsinə nəzarət etmək;
  • Maliyyə hesabatlarının, kredit əməliyyatlarının və təsərrüfat-maliyyə fəaliyyətinin uçotunu təşkil etmək;
  • Mühasibat uçotu proseslərinin qanunvericiliyə və daxili prosedurlara uyğun aparılmasını təmin etmək;
  • Mühasibatlıq, hesabatlılıq və iqtisadi təhlil istiqamətində komandanın fəaliyyətini koordinasiya etmək və inkişaf etdirmək.

Xüsusi tələblər

  • Mühasibatlıq, Maliyyə və ya İqtisadiyyat ixtisası üzrə ali təhsil (magistr dərəcəsi üstünlükdür);
  • Baş Mühasib vəzifəsində minimum 2–3 il iş təcrübəsi;
  • Maliyyə-təsərrüfat əməliyyatlarının bütün istiqamətləri üzrə praktiki bilik və təcrübə;
  • Vergi Məcəlləsi, əmək və mühasibat uçotu üzrə qüvvədə olan qanunvericiliyi dərindən bilmək;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) üzrə bilik (müvafiq sertifikat üstünlükdür);
  • Peşəkar Mühasib sertifikatına malik olmaq;
  • MS Office, 1C, BTP və EFP proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • ERP sistemlərinin mühasibatlıq və maliyyə modulları ilə işləmək təcrübəsi;
  • Analitik düşünmə, liderlik, yüksək məsuliyyət və qərarvermə bacarığı.
  • İş qrafiki: B.e – Cü / 09:00 – 18:00
  • Əmək münasibətləri: Rəsmi əmək müqaviləsi
  • Maaş: Müsahibə əsasında razılaşdırılır

CV göndərmək üçün: [email protected]
Mövzu hissəsində: “Baş mühasib”

Müraciət etmək üçün: [email protected]
A Azersun Holding
Azersun Holding
Emal sənayesi

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir. Qida sektorunda…

Похожие вакансии

Смотреть все