Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Çağrı mərkəzi operatoru
Режим работы Полная занятость Категория Клиентский сервис
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təsvir
- Çağrı mərkəzinə daxil olan telefon zənglərini müvafiq qaydalara uyğun operativ və peşəkar şəkildə cavablandırmaq;
- Vətəndaşların müraciətlərini qeydiyyata almaq, sorğuları cavablandırmaq və icraya alınan şikayətlər üçün müraciət vərəqələrini tərtib etmək;
- Zəruri hallarda sorğuları müvafiq struktur bölmələrə yönləndirmək;
- Fəaliyyət istiqamətləri üzrə Mərkəz rəhbərinə mütəmadi olaraq hesabatlar və təkliflər təqdim etmək;
- Zənglərə cavab verərkən mehriban, peşəkar və etik olmaq, təmin olunmuş qaydalara və təlimatlara uyğun şəkildə xidmət aparmaq;
- Əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə öhdəliklərini və təhlükəsizlik qaydalarını məsuliyyətlə yerinə yetirmək.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis, mükəmməl danışıq qabiliyyəti;
- Rus dili – orta səviyyədə (İngilis dili arzuolunandır);
- Windows əməliyyat sistemi və MS Office proqramları üzrə sərbəst işləmək bacarığı;
- “Vətəndaşların müraciətləri haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunları üzrə biliklər;
- "Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması Qaydası" üzrə biliklər;
- İnzibati Xətalar Məcəlləsi üzrə biliklər;
- Dinləmə, inandırma bacarıqları;
- Gərgin iş rejimində işləmə bacarığı;
- Düzgün diksiya;
- İşində diqqətli, məsuliyyətli, kollektivlə işləmək bacarığı.
- İş qrafiki:
- 6 günlük iş həftəsi (növbəli iş saatı ilə, axşam saatları daxil).
AYN 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli Fərmanına…