UIMUn istehsal müəssisəsi

Daxili mühasib

Gəncə Опубликовано 18 ч. назад Источник
1–3 года Финансы
Ежемесячная зарплата
₼700 – 800
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Logo tiger proqramında işləməyi bacarmaq üstünlükdür.

Öhdəliklər

  1. Sənəd dövriyyəsinin yoxlanılması: Müəssisə daxilində tərtib edilən bütün ilkin sənədlərin (mədaxil-məxaric orderləri, qaimə-fakturalar, elektron qaimələr, aktlar və s.) qanunvericiliyə və daxili qaydalara uyğunluğunun yoxlanılması.
  2. Bank və kassa əməliyyatlarına nəzarət: Nağd və nağdsız pul vəsaitlərinin hərəkətinə, limitlərə riayət olunmasına və təhtəlhesab şəxslərlə hesablaşmalara gündəlik nəzarət.
  3. Təchizatçılar və alıcılarla üzləşmələr: Debitor və kreditor borcların analizi, mütəmadi olaraq qarşılıqlı üzləşmə aktlarının tərtib edilməsi və vaxtı keçmiş borcların monitorinqi.
  4. İnventarizasiya prosesi: Anbarlarda olan xammal, material, hazır məhsul və əsas vəsaitlərin dövri inventarizasiyasında (sayımında) birbaşa iştirak etmək və faktiki qalıqların mühasibat proqramındakı (LOGO) qalıqlarla uyğunluğunu yoxlamaq.
  5. Silinmələrin və itkilərin analizi: İstehsalatda xammal sərfiyyatının normalara uyğunluğunu yoxlamaq, kənarlaşmaları və texnoloji itkiləri araşdırmaq.
  6. Maya dəyərinin yoxlanılması: Buraxılan hazır məhsulun və ya göstərilən xidmətlərin maya dəyərinin düzgün formalaşdırılmasına daxili nəzarət.
  7. Vergi risklərinin qiymətləndirilməsi: Şirkətin apardığı əməliyyatların Vergi Məcəlləsinin tələblərinə (xüsusilə ƏDV, mənfəət/gəlir vergisi, DSMF və işsizlikdən sığorta haqları üzrə) uyğunluğunun daxili auditini aparmaq.
  8. Maliyyə kənarlaşmalarının təhlili: Büdcə ilə faktiki xərclər arasındakı fərqləri müəyyən etmək və kənarlaşmalar barədə rəhbərliyə hesabat təqdim etmək.
  9. Daxili hesabatların hazırlanması: Şirkət rəhbərliyinin (Direktorun) tələbinə uyğun olaraq, müəssisənin maliyyə vəziyyəti, pul vəsaitlərinin hərəkəti (Cash Flow) və gəlir-xərc təhlilinə dair daxili idarəetmə hesabatlarını tərtib etmək.
UIM
Un istehsal müəssisəsi

Похожие вакансии

Смотреть все
Откликнуться