Balique 2023 Ltd MMC İnsan Resursları üzrə Menecer (HR Manager)
Опубликовано 13 ч. назад Источник: jobsearch.az ↗
Категория HR
О должности
Namizədə olan tələblər:
- Ali təhsil (İnsan Resursları, Hüquq, İdarəetmə, Biznesin idarə olunması və ya digər uyğun ixtisaslar üzrə);
- İnsan Resursları sahəsində minimum 3-5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini və əmək qanunvericiliyini mükəmməl səviyyədə bilmək;
- İşə qəbul, əmək münasibətləri, kadr uçotu və əmək qanunvericiliyi üzrə praktiki təcrübə;
- ƏMAS sistemi və digər müvafiq elektron dövlət platformalarında işləmək bacarığı;
- MS Office proqramlarından, xüsusilə Excel və Word proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
- HR hesabatlarının hazırlanması və təhlili bacarığı;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;
- Rus və ingilis dillərini bilmək üstünlükdür;
- Liderlik, analitik düşüncə və komandanı idarəetmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Şirkətin insan resursları strategiyasının hazırlanması və icrasını təmin etmək;
- İşçi ehtiyaclarının müəyyən edilməsi, vakansiyaların yerləşdirilməsi və işə qəbul prosesinin tam idarə olunması;
- Namizədlərlə müsahibələrin keçirilməsi, qiymətləndirilməsi və seçim prosesinin təşkili;
- İşə qəbul, vəzifə dəyişikliyi və əmək müqaviləsinə xitam proseslərinin əmək qanunvericiliyinə uyğun icra olunmasını təmin etmək;
- ƏMAS sistemi və digər elektron platformalarda HR əməliyyatlarının həyata keçirilməsi;
- Şəxsi işlərin, əmək müqavilələrinin, əmrlərin və digər kadr sənədlərinin hazırlanması, uçotunun aparılması və arxivləşdirilməsinə nəzarət etmək;
- Yeni əməkdaşların adaptasiya (Onboarding) prosesini təşkil etmək;
- İşçilərin performansının qiymətləndirilməsi sisteminin tətbiqi və inkişafında iştirak etmək;
- Əmək haqqı, mükafatlandırma və motivasiya sistemlərinin hazırlanmasına dəstək vermək;
- Ştat cədvəlinin hazırlanması və struktur dəyişiklikləri üzrə təkliflər vermək;
- Məzuniyyət qrafiklərinin hazırlanması və icrasına nəzarət etmək;
- Əməkdaşların davamiyyətinə və iş vaxtının uçotuna nəzarət etmək;
- HR üzrə aylıq, rüblük və illik hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Dövlət qurumlarından və digər struktur bölmələrdən daxil olan HR yönümlü sorğuları cavablandırmaq;
- Korporativ mədəniyyətin inkişafı, əməkdaşların motivasiyası və komanda quruculuğu tədbirlərinin təşkilində iştirak etmək;
- Əmək qanunvericiliyində baş verən dəyişiklikləri izləmək və tətbiqini təmin etmək;
- Rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00–18:00;
- İş yeri: Həsən Abdullayev 11, Base Business Plaza;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Rəqabətli əmək haqqı (namizədin bilik və təcrübəsinə uyğun);
- Karyera inkişafı və peşəkar təlim imkanları;
- Mehriban və peşəkar iş mühiti.
CV-lərinizi mövzu hissəsində "İnsan Resursları üzrə Menecer (HR Manager)" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Balique 2023 Ltd MMC