AzerBlast MMCAzerBlast MMC

İnsan resursları üzrə mütəxəssis (Gəncə şəhəri)

Опубликовано 3 нед. назад Источник: azvak.az ↗
HR
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
4 iyul 2026

О должности

Gəncə Sənaye partlayıcı maddərin istehsalı zavoduna İnsan resursları üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir:

Vəzifə öhdəlikləri:

  • İşçilərin şəxsi iş qovluqlarının yaradılması, sənədlərin sistemləşdirilməsi və müvafiq qeydiyyat prosesinin aparılması; 

  • ƏMAS sistemi üzərindən əmək müqavilələrinin rəsmiləşdirilməsi, dəyişikliklərin işlənməsi və xitam prosedurlarının həyata keçirilməsi; 

  • 1 C proqramı üzərindən bütün əmrləri qeydiyyata salamaq və proqramı mükəmməl bilməli; 

  • İş vaxtının uçotu üzrə aylıq davamiyyət cədvəllərinin tərtib olunaraq təsdiqə təqdim edilməsi; 

  • Məzuniyyət qrafikinin hazırlanması, əmək məzuniyyətlərinin qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilməsi; 

  • Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq müxtəlif kadr əmrlərinin hazırlanıb icraya yönləndirilməsi; 

  • Əmək haqqı kartları üzrə sifarişlərin təşkili və aidiyyəti məlumatların mühasibatlığa ötürülməsi; 

  • Dövlət qurumlarından daxil olan müraciət və sorğuların araşdırılması və rəsmi cavabların hazırlanması;

  • Vəzifə təlimatlarının hazırlanması, yenilənməsi və aidiyyəti şöbələrlə koordinasiya olunması; 

  • Rəhbərlik üçün insan resursları istiqamətində hesabatların hazırlanaraq təqdim edilməsi; 

  • Müəssisədaxili sənədlərin və prosedurların qüvvədə olan qanunvericiliyə uyğun şəkildə tərtib olunması; 

  • Şirkətə məxsus maliyyə, kommersiya və digər daxili məlumatların konfidensiallığının qorunmasına riayət edilməsi.

Namizədə dair tələblər:

  • İR sahəsində 3–5 il iş təcrübəsi

  • Tabel uçotu və kadr əmrlərinin hazırlanması üzrə güclü praktiki bilik 

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Qanunvericiliyi üzrə biliklər 

  • İngilis dili – bilməsi üstünlükdür

  • MS Excel proqramında yaxşı işləmək bacarığı 

  • Dəqiqlik, məxfilik və məsuliyyətlilik 

  • Analitik düşüncə və detallara diqqət

  • Güclü ünsiyyət və təşkilati bacarıqlar

  • İş yeri: Gəncə şəhəri;

Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Похожие вакансии

Смотреть все