İnsan resursları üzrə mütəxəssis (Gəncə şəhəri)
About this role
Gəncə Sənaye partlayıcı maddərin istehsalı zavoduna İnsan resursları üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir:
Vəzifə öhdəlikləri:
İşçilərin şəxsi iş qovluqlarının yaradılması, sənədlərin sistemləşdirilməsi və müvafiq qeydiyyat prosesinin aparılması;
ƏMAS sistemi üzərindən əmək müqavilələrinin rəsmiləşdirilməsi, dəyişikliklərin işlənməsi və xitam prosedurlarının həyata keçirilməsi;
1 C proqramı üzərindən bütün əmrləri qeydiyyata salamaq və proqramı mükəmməl bilməli;
İş vaxtının uçotu üzrə aylıq davamiyyət cədvəllərinin tərtib olunaraq təsdiqə təqdim edilməsi;
Məzuniyyət qrafikinin hazırlanması, əmək məzuniyyətlərinin qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilməsi;
Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq müxtəlif kadr əmrlərinin hazırlanıb icraya yönləndirilməsi;
Əmək haqqı kartları üzrə sifarişlərin təşkili və aidiyyəti məlumatların mühasibatlığa ötürülməsi;
Dövlət qurumlarından daxil olan müraciət və sorğuların araşdırılması və rəsmi cavabların hazırlanması;
Vəzifə təlimatlarının hazırlanması, yenilənməsi və aidiyyəti şöbələrlə koordinasiya olunması;
Rəhbərlik üçün insan resursları istiqamətində hesabatların hazırlanaraq təqdim edilməsi;
Müəssisədaxili sənədlərin və prosedurların qüvvədə olan qanunvericiliyə uyğun şəkildə tərtib olunması;
Şirkətə məxsus maliyyə, kommersiya və digər daxili məlumatların konfidensiallığının qorunmasına riayət edilməsi.
Namizədə dair tələblər:
İR sahəsində 3–5 il iş təcrübəsi
Tabel uçotu və kadr əmrlərinin hazırlanması üzrə güclü praktiki bilik
Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Qanunvericiliyi üzrə biliklər
İngilis dili – bilməsi üstünlükdür
MS Excel proqramında yaxşı işləmək bacarığı
Dəqiqlik, məxfilik və məsuliyyətlilik
Analitik düşüncə və detallara diqqət
Güclü ünsiyyət və təşkilati bacarıqlar
İş yeri: Gəncə şəhəri;
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.