Azərbaycan Dəmir Yolları Kiçik mühasib (Sumqayıt,Hacıqabul)
Режим работы Полная занятость Категория Финансы
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təsvir
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək;
- Əsas vəsaitlərin uçotunu aparmaq, mədaxili, yerdəyişməsi və silinməsini sənədləşdirmək, inventarizasiyanın aparılmasında və sənədləşdirilməsində iştirak etmək;
- Mühasibatlıq sənədlərini 1C mühasib proqramına daxil etmək;
- Hesabatların hazırlanması üçün sahədən məlumat toplamaq;
- Ezamiyyə sənədlərini yoxlamaq, qəbul etmək və ezamiyyə xərclərini hesablamaq;
- Sahənin anbarı üzrə mal-material hesabatlarını qəbul etmək, yoxlamaq və mal-materialların uçotunu aparmaq;
- Rəhbəri tərəfindən verilmiş tapşırıqları icra etmək.
Tələblər
- Təhsil: Müvafiq sahə üzrə orta ixtisas təhsili
- Kompüter biliyi: Microsoft Office proqramları üzrə biliklər
- Azərbaycan Respublikasının Mühasibat uçotu haqqında qanunu və digər qanunvericilik aktları
- Mühasibat hesabının metod və formaları, uçot və hesabatı
- Hesabatların plan və korrespondensiyasıHesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkili
- Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydaları
- Hesablama texnikasının istismarı qaydaları
- Analitik düşüncə, diqqətlilik, əzmkarlıq
- Sahə üzrə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.
ADY 

Azərbaycan Dəmir Yolları
Nəqliyyat və anbar təsərrüfatı
Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu cəmi 20 km olan Bakı-Sabunçu-Suraxanı dəmir yolundan ibarət olmuşdur. Həmin…