Mərkəzi Bank Prudensial siyasət şöbəsi \ Analitik
Режим работы Полная занятость Категория Финансы
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vakansiyanın təsviri
- Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflər hazırlanması;
- Kapital bazarında siyasət və tənzimləmə üzrə müəyyən edilmiş strateji hədəflərə əsaslanaraq siyasətin formalaşdırılması üzrə təkliflərin verilməsində iştirak;
- Kapital bazarının tənzimlənməsi üzrə beynəlxalq təcrübədə istifadə olunan nəzəri və təcrübi məsələlərin öyrənilməsi, alternativ tənzimləmə alətlərinin tətbiqi üzrə təkliflərin hazırlanmasında iştirak;
- Kapital bazarında yeni alətlərin formalaşdırılması, proses və prosedurların optimallaşdırılması üzrə təkliflər verilməsində iştirak;
- Kapital bazarının infrastrukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində təkliflərin hazırlanmasında iştirak;
- Kapital bazarına dair daxil olmuş sorğuların cavablandırılması, şikayətlərə baxılması və rəylərin hazırlanması;
- Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin, investisiya fondları və onların idarəçilərinin stress-testləşməsi metodologiyasının hazırlanmasında iştirak;
- Kapital bazarının inkişaf strategiyasının formalaşdırılması üzrə təkliflərin verilməsində iştirak;
- Mərkəzi depozitar, klirinq təşkilatı və fond birjasının fəaliyyətinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
- Kapital bazarına dair maliyyə savadlılığının artırılması üzrə tədbirlərdə iştirak.
Test mövzuları
- Qiymətli kağızlar bazarına aid qanunvericilik
- Ümumi iqtisadiyyat və bankçılıq
- Maliyyə bazarları, maliyyə sistemi
- Sabit gəlirli qiymətli kağızlar bazarı
- İnvestisiya portfelinin idarə olunması
- Maliyyə hesabatlarının beynəlxalq standartları
- Maliyyə riskləri
- Məntiq
- İngilis dili
- Ümumi kompüter bilikləri
Xüsusi tələblər
Təhsil
- İqtisadiyyat:Ali təhsil
- Maliyyə:Ali təhsil
Texniki biliklər
- Qiymətli kağızlar bazarı haqqında qanun:Yüksək səviyyədə
- Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun:Yüksək səviyyədə
- Mülki Məcəllənin 4-cü və 54-cü fəsilləri:Yüksək səviyyədə
- Ümumi iqtisadiyyat:Yüksək səviyyədə
- Maliyyə sistemi, maliyyə bazarları və alətləri:Yüksək səviyyədə
- Maliyyə hesabatlılığı:Yaxşı səviyyədə
- İnvestisiya fondları haqqında qanun:Yaxşı səviyyədə
- Qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə normativ baza:Yaxşı səviyyədə
Təcrübə
- Mərkəzi Bankda, maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda 2 il
Dil bilikləri
- Azərbaycan dili:Əla səviyyədə
- İngilis dili:Yaxşı səviyyədə
Kompüter bacarığı
- MS Office proqramları (xüsusilə MS Excel) Yaxşı səviyyədə
Davranış kompetensiyaları
- Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik,,vaxtın idarə edilməsi, ünsiyyətqurma və komandada işləmə
MB 

Mərkəzi Bank