MB Mərkəzi BankMərkəzi Bank

Prudensial siyasət şöbəsi \ Analitik

Bakı 4 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vakansiyanın təsviri

  • Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflər hazırlanması;
  • Kapital bazarında siyasət və tənzimləmə üzrə müəyyən edilmiş strateji hədəflərə əsaslanaraq siyasətin formalaşdırılması üzrə təkliflərin verilməsində iştirak;
  • Kapital bazarının tənzimlənməsi üzrə beynəlxalq təcrübədə istifadə olunan nəzəri və təcrübi məsələlərin öyrənilməsi, alternativ tənzimləmə alətlərinin tətbiqi üzrə təkliflərin hazırlanmasında iştirak;
  • Kapital bazarında yeni alətlərin formalaşdırılması, proses və prosedurların optimallaşdırılması üzrə təkliflər verilməsində iştirak;
  • Kapital bazarının infrastrukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində təkliflərin hazırlanmasında iştirak;
  • Kapital bazarına dair daxil olmuş sorğuların cavablandırılması, şikayətlərə baxılması və rəylərin hazırlanması;
  • Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin, investisiya fondları və onların idarəçilərinin stress-testləşməsi metodologiyasının hazırlanmasında iştirak;
  • Kapital bazarının inkişaf strategiyasının formalaşdırılması üzrə təkliflərin verilməsində iştirak;
  • Mərkəzi depozitar, klirinq təşkilatı və fond birjasının fəaliyyətinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
  • Kapital bazarına dair maliyyə savadlılığının artırılması üzrə tədbirlərdə iştirak.


Test mövzuları

  • Qiymətli kağızlar bazarına aid qanunvericilik
  • Ümumi iqtisadiyyat və bankçılıq
  • Maliyyə bazarları, maliyyə sistemi
  • Sabit gəlirli qiymətli kağızlar bazarı
  • İnvestisiya portfelinin idarə olunması
  • Maliyyə hesabatlarının beynəlxalq standartları
  • Maliyyə riskləri
  • Məntiq
  • İngilis dili
  • Ümumi kompüter bilikləri

Xüsusi tələblər

Təhsil

  • İqtisadiyyat:Ali təhsil
  • Maliyyə:Ali təhsil

Texniki biliklər

  • Qiymətli kağızlar bazarı haqqında qanun:Yüksək səviyyədə
  • Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun:Yüksək səviyyədə
  • Mülki Məcəllənin 4-cü və 54-cü fəsilləri:Yüksək səviyyədə
  • Ümumi iqtisadiyyat:Yüksək səviyyədə
  • Maliyyə sistemi, maliyyə bazarları və alətləri:Yüksək səviyyədə
  • Maliyyə hesabatlılığı:Yaxşı səviyyədə
  • İnvestisiya fondları haqqında qanun:Yaxşı səviyyədə
  • Qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə normativ baza:Yaxşı səviyyədə

Təcrübə

  • Mərkəzi Bankda, maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda 2 il

Dil bilikləri

  • Azərbaycan dili:Əla səviyyədə
  • İngilis dili:Yaxşı səviyyədə

Kompüter bacarığı

  • MS Office proqramları (xüsusilə MS Excel) Yaxşı səviyyədə

Davranış kompetensiyaları

  • Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik,,vaxtın idarə edilməsi, ünsiyyətqurma və komandada işləmə

Müraciət üçün (CV): https://www.cbar.az/hr/f?p=100:106
MB Mərkəzi Bank
Mərkəzi Bank

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et