SAMT LLC Vergi uçotu üzrə mühasib
Опубликовано 16 ч. назад Источник ↗
Категория Финансы
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
"SAMT" MMC-də "Vergi uçotu üzrə mühasib" vakansiyası mövcuddur.
İş yeri: Sumqayıt / Xızı
Əsas öhdəliklər:
- Vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq vergi uçotunun aparılması;
- ƏDV, mənfəət vergisi, ÖMV və digər vergi bəyannamələrinin hazırlanması və vaxtında təqdim edilməsi;
- Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər vergi sənədlərinin düzgün rəsmiləşdirilməsinə nəzarət etmək;
- Vergi öhdəliklərinin hesablanması, təhlili və uçotunu həyata keçirmək;
- Vergi orqanları ilə yazışmaları aparmaq və sorğuları cavablandırmaq;
- Vergi yoxlamaları zamanı tələb olunan məlumat və sənədləri hazırlamaq;
- Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqələri və digər ödənişlərin qanunvericiliyə uyğun hesablanmasını təmin etmək;
- Vahid Bəyannamənin hazırlanması və vaxtında təqdim edilməsini həyata keçirmək;
- Vergi risklərini təhlil etmək və onların minimuma endirilməsi üzrə təkliflər vermək.
Tələblər:
- İqtisadiyyat, maliyyə və ya mühasibatlıq sahəsi üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi;
- Vergi qanunvericiliyi və mühasibat uçotu sahəsində yüksək biliklər;
- ERP sistemləri və Microsoft Office proqramları üzrə sərbəst işləmək bacarığı;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Məsuliyyətlilik və effektiv ünsiyyət bacarıqları;
- PMS sertifikatının olması üstünlük hesab olunur.
Şirkət tərəfindən verilən imtiyazlar:
- Nahar;
- Könüllü tibbi sığorta;
- Korporativ mobil nömrə;
- İdman abonəliyi;
- Servis nəqliyyatı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Vergi uçotu üzrə mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
S 

SAMT LLC
Emal sənayesi
SAMT LLC is a company aiming to manufacture high-quality products. The company plans to build its operations based on modern technologies and innovative approaches. With an experienced and…