UA Ulu AgroUlu Agro

Aqronom

12 saat əvvəl yerləşdirilib Mənbə
Kənd təsərrüfatı
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
27 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

İş yeri: Qax rayonu

Komandamızı genişləndirmək məqsədilə həm təcrübəli, həm də peşəkar inkişaf etmək istəyən gənc aqronomları komandamıza dəvət edirik.

Vəzifə öhdəlikləri

  • İstehsal sahələrində aqrotexniki tədbirlərin icrasında iştirak etmək;
  • Bitkilərin inkişafını mütəmadi izləmək və müşahidələr aparmaq;
  • Xəstəlik və zərərvericilərin monitorinqini həyata keçirmək;
  • Gübrələmə, bitki mühafizəsi və suvarma proqramlarının icrasına nəzarət etmək;
  • Gündəlik sahə hesabatlarını hazırlamaq;
  • Rəhbərlik tərəfindən verilən digər aqronomik tapşırıqları yerinə yetirmək.

Namizədə tələblər

  • Aqronomiya, Bağçılıq və ya digər müvafiq ixtisas üzrə ali təhsil;
  • Meyvəçilik və ya gərzəkli bitkilər sahəsində biliklərə malik olmaq;
  • Təcrübəli namizədlərə üstünlük verilir;
  • Təcrübəsi olmayan, lakin peşəsini inkişaf etdirmək istəyən yeni məzunlar da müraciət edə bilərlər;
  • Analitik düşünmə və məsuliyyətli iş yanaşması;
  • Komandada işləmək bacarığı;

İş şəraiti

  • İş yeri Qax rayonunda yerləşir. Namizədin daimi olaraq Qax rayonunda yaşaması və ya işə qəbul olunduqdan sonra Qax rayonuna köçməsi tələb olunur.
  • Qax və ətraf rayonlarda yaşayan namizədlərə üstünlük veriləcək.
  • Əməkhaqqı - Namizədin bilik və təcrübə səviyyəsinə uyğun olaraq müsahibə nəticəsində müəyyən ediləcək.
  • İş rejimi: Tam ştat

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et