Aqronom köməkçisi
18 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Kənd təsərrüfatı
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Green Tech” MMC şirkəti “Aqronom köməkçisi” vəzifəsinə işə qəbul elan edir.
Vəzifə və öhdəliklər:
- Kənd təsərrüfatı məhsullarının istehsal texnologiyası sahəsində biliklər;
- Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri sahəsində biliklər;
- Herbisidlər, fungisidlər, insektisidlər və digər kimyəvi maddələr, onların təsiredici maddələri və istifadəsi sahəsində biliklər;
- Periodik olaraq istixanada yetişdirilən bitkilərlə bağlı hesabatların hazırlanması.
- Məsuliyyət daşıdığı istixana daxilində yığım proqramlarını, gübrələmə-dərmanlama prosesini izləmək və bu işlərin görülməsini təmin etmək;
- İşçi qüvvəsi və texnikadan səmərəli istifadə olunması üçün əməyin düzgün təşkili və iş normalarının yerinə yetirilməsinə nəzarət etmək;
Tələblər və təminatlar:
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili (üstünlükdür);
- Təhsil: Ali təhsil,
- İş təcrübəsi tələb olunmur;
- Analitik düşünmə qabiliyyəti,operativlik və çeviklik;
- Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq bacarığı;
- Kompüter bilikləri: MS Office, Outlook;
İş şəraiti
- İş yeri (Zirə qəsəbəsi ərazisindədir);
- İş rejimi 6 günlük.
- Nahar və Servis şirkət tərəfindən təmin edilir.
- Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin edilir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Aqronom köməkçisi” şəklində göstərməyiniz xahiş olunur.
Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
GT 
Green Tech
Ən yeni texnoloji yeniliklər əsasında fəaliyyət göstərən şüşə konstruksiyalı müasir istixana kompleksimizdə yetişdirilən məhsullar yerli bazarda lider mövqeyini qorumaqla yanaşı, yetişdirdiyi…