UUluagro MMC

Aqronom

Qax 52 dəqiqə əvvəl yerləşdirilib Mənbə
Təcrübəsiz Kənd təsərrüfatı
Aylıq maaş
₼800 – 3,000
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vakansiya: Aqronom

Şirkət: Uluagro MMC

İş yeri: Qax rayonu

İş rejimi: Tam ştat

Şirkət haqqında

Uluagro MMC Azərbaycanın ən böyük müasir aqroparklarından biridir. Şirkət meyvəçilik, gərzəkli bitkilər və tarla bitkiləri üzrə geniş istehsal sahələrinə malikdir və müasir aqrotexniki yanaşmaların tətbiqini prioritet hesab edir.

Komandamızı genişləndirmək məqsədilə həm təcrübəli, həm də peşəkar inkişaf etmək istəyən gənc aqronomları komandamıza dəvət edirik.

İş yeri

İş yeri Qax rayonunda yerləşir. Namizədin daimi olaraq Qax rayonunda yaşaması və ya işə qəbul olunduqdan sonra Qax rayonuna köçməsi tələb olunur.

Qax və ətraf rayonlarda yaşayan namizədlərə üstünlük veriləcək.

Əməkhaqqı

Namizədin bilik və təcrübə səviyyəsinə uyğun olaraq müsahibə nəticəsində müəyyən ediləcək.

Öhdəliklər

  1. İstehsal sahələrində aqrotexniki tədbirlərin icrasında iştirak etmək;
  2. Bitkilərin inkişafını mütəmadi izləmək və müşahidələr aparmaq;
  3. Xəstəlik və zərərvericilərin monitorinqini həyata keçirmək;
  4. Gübrələmə, bitki mühafizəsi və suvarma proqramlarının icrasına nəzarət etmək;
  5. Gündəlik sahə hesabatlarını hazırlamaq;
  6. Rəhbərlik tərəfindən verilən digər aqronomik tapşırıqları yerinə yetirmək.

Tələblər

  1. Aqronomiya, Bağçılıq və ya digər müvafiq ixtisas üzrə ali təhsil;
  2. Meyvəçilik və ya gərzəkli bitkilər sahəsində biliklərə malik olmaq;
  3. Təcrübəli namizədlərə üstünlük verilir;
  4. Təcrübəsi olmayan, lakin peşəsini inkişaf etdirmək istəyən yeni məzunlar da müraciət edə bilərlər;
  5. Analitik düşünmə və məsuliyyətli iş yanaşması;
  6. Komandada işləmək bacarığı;
U
Uluagro MMC

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et