Xırman Auditor
Vəzifə haqqında
Vəzifə öhdəlikləri
Şirkətin şəbəkə marketlər və digər müştərilərlə maliyyə hesablaşmalarının auditinin aparılması;
Müqavilə şərtlərinə uyğun hesablaşmaların və ödənişlərin düzgünlüyünün yoxlanılması;
Satış fakturaları, iadə sənədləri və digər maliyyə sənədlərinin təhlili;
Təhvil verilmiş məhsullar üzrə sənədlərin faktiki vəziyyətlə uyğunluğunun yoxlanılması;
Mühasibat, satış və logistika şöbələri ilə məlumatların uzlaşdırılması;
Rəhbərliyə risklər və uyğunsuzluqlarla bağlı təkliflərin təqdim edilməsi;
Gecikmiş borcların səbəblərinin araşdırılması və hesabatların hazırlanması;
Malların təhvil-təslim sənədlərinin, qaimələrin və hesab-fakturaların düzgünlüyünün yoxlanılması;
Audit zamanı aşkar olunan maliyyə risklərinin və proses pozuntularının təhlili;
Aşkarlanmış uyğunsuzluqlar barədə audit aktlarının və hesabatların hazırlanması;
Daxili nəzarət prosedurlarının qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
Planlı və plandankənar audit yoxlamalarının həyata keçirilməsi;
Namizədə tələblər
Maliyyə, mühasibat uçotu, audit və ya iqtisadiyyat üzrə ali təhsil;
Daxili audit, maliyyə nəzarəti və ya mühasibat sahəsində minimum 2–3 il iş təcrübəsi;
FMCG və ya istehsalat sektorunda iş təcrübəsi üstünlükdür;
Azərbaycan və rus dilində sərbəst danışıq;
MS Excel və 1C proqramını yüksək səviyyədə bilmək
Analitik düşünmə, detallara diqqət və yüksək məsuliyyət;
Hesabat hazırlamaq və təqdimat bacarığı;
Şəxsi avtomobilinin olması
Təklif edirik
Rəqabətqabiliyyətli əməkhaqqı;
Nəqliyyat xərclərinin qarşılanması;
Stabil və dinamik iş mühiti;
Ünvan: Binəqədi yolu 100
Müraciət qaydası: CV-lərinizi vakansiyanın adını qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
Vatsap: 055 253 13 64
