MAŞ Mətanət A Şirkətlər QrupuMətanət A Şirkətlər Qrupu

Baş energetik

Bakı 2 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

  • Ali texniki təhsil (energetika, elektrotexnika, enerji sistemləri mühəndisliyi və ya əlaqədar ixtisaslar üzrə);
  • Energetika və enerji təsərrüfatının idarə olunması üzrə əlavə ixtisasartırma və ya sertifikat proqramlarını bitirmək üstünlük hesab olunur.
  • Energetika və ya istehsalat sahəsində azı 3 il mühəndis və ya rəhbər vəzifədə iş təcrübəsi
  • Enerji təsərrüfatının istismarı, texniki xidmət və təhlükəsizlik sahəsində praktiki bilik və bacarıqların olması.

Tələblər

  • İşçilərə işə başlamazdan əvvəl işöncəsi təlimat keçmək və işçilərin təlimat vərəqinin imzalanmasının təmin edilməsi
  • Gün ərzində görüləcək işlərin işçilər arasında bölgüsünü aparmaq
  • Görülən işlərin icrasına nəzarət etmək
  • İşçilərlə birlikdə avandanlıqlara baxış keçirmək və onlarda nasazlıqları aşkar edərək planlı şəkildə avadanlıqların təmirinin icra edilməsinə nəzarət etmək
  • Günlük olaraq elektrik təchizat sistemini yoxlamaq və onların işlək vəziyyətdə olmasını təmin etmək
  • Müəssisəni enerji təchizatı ilə fasiləsiz olaraq təmin etmək
  • Bütün ərazidəki elektrik cihazlarının təhlükəsiz şəraitdə işləməsinə nəzarət etmək
  • Bütün elektrik avadanlıqlarının texniki cəhətdən düzgün istismarı, təmirinə və enerjinin qənaətlə sərfinə nəzarət etmək
  • Elektrik quraşdırma üzrə texniki şərtləri razılaşdırmaq və təsdiq etmək
  • İş yerində səmərəliliyin artırılması, avadanlığın modernləşdirilməsi üzrə layihə və konstruktor sənədlərinə nəzarət etmək
  • İstehsal, quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin yaradılması üçün geniş texniki və maliyyə hesablamaları aparmaq, zərurət yarandığı hallarda layihənin komanda üzvlərinə rəhbərlik etmək və təlim keçmək
  • Gözlənilən və ya gözlənilməz iş rejimi şəraitində qərarların qəbul edilməsinə məsuliyyət daşımaq
  • Rəhbərlik tərəfindən vəzifə təlimatına uyğun təyin edilmiş digər tapşırıqların icrası
  • İstismarda olan elektrik avadadanlıqlarını dövlət enerji nəzarətindən vaxtlı-vaxtında sınaqlarının keçirilməsi və sənədlərinin qaydasında olmasını icra etmək
  • SƏTƏM qaydalarına əməl etmək.
  • Tabeliyində olan işçilərin təhlükəsiz şəraitdə işləməsinə və onların SƏTƏM qaydalarına əməl etməsinə birbaşa cavabdehlik daşımaq
  • Yanğın təhlükəsizliyi qaydalarına özünün və tabeliyində olan işçilərin əməl etməsini təmin etmək
  • Tabeliyində olan işçilərin növbə qrafikinin (ehtiyyac olduqda) təyin edilməsi
  •  Planlaşdırılmış və plandan kənar təmir fəaliyyətlərinin həyata keçirilməsini təmin etmək;
  • Texniki qulluq və istehsalat təlimatlarının yenilənməsini və həmin təlimatlara uyğun fəaliyyət göstərilməsini təmin etmək;
  • Zavodda elektrik sahəsində standartlaşdırma işlərini təşkil edir, standart və texniki şərtlərin istehsalatda tətbiq olunmasını nəzarətə götürmək;
  • Texnoloji avadanlıqlarının əmələ gələn qəzaların səbəblərini araşdırmaq və onların qarşısının alınması tədbirlərini hazırlamaq;
  • Texniki nasazlıqların səbəblərini analiz edərək uzunmüddətli həll yollarını təmin etmək;
  • Müəssisədaxili ərazilərin və zavoddaxili işıqlandırılma sistemini daim saz vəziyyətdə saxlmaq və nəzarət etmək
MAŞ Mətanət A Şirkətlər Qrupu
Mətanət A Şirkətlər Qrupu

Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan "Mətanət A" şirkətinin əsası 2000-ci ildə qoyulmuş və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et