NB Norm Beton LLCNorm Beton LLC

Beton zavodu operatoru

16 saat əvvəl yerləşdirilib Mənbə
Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
22 iyul 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Hazırda şirkətimizə Beton zavodu operatoru vakansiyası üzrə namizəd axtarılır.

İş yeri: Əsgəranda yerləşən Beton zavodu

Tələblər:

  • Ali və ya orta texniki təhsil; 
  • Beton istehsalı və keyfiyyəti üzrə biliklər;
  • Əlaqəli sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
  • Ünsiyyət.

Vəzifə və Öhdəliklər:

  • Beton istehsalını müvafiq tələblərə uyğun şəkildə icra etmək, qarışıqların düzgün hazırlanmasını təmin etmək;
  • Beton istehsalı üçün lazım olan çınqıl, qum, sement və suyun düzgün miqdarda yığılmasını təmin etmək;
  • İstehsal olunan beton qarışıqlarının keyfiyyətini yoxlamaq, müvafiq standartlara uyğunluğunu təmin etmək;
  • İstehsal olunan betonun miqdarı, tərkibi və istehsal vaxtı ilə bağlı müvafiq sənədləri dəqiq doldurmaq;
  • Müvafiq istehsal planına uyğun olaraq betonu zamanında hazırlamaq və müştəri tələblərinə uyğun göndərmək;
  • İş zamanı şəxsi təhlükəsizlik və ətrafdakıların təhlükəsizliyini təmin etmək üçün bütün təhlükəsizlik qaydalarına riayət etmək;
  • Hər hansı texniki və istehsalatla bağlı problemləri vaxtında aşkar edib, rəhbərliyə bildirmək və operativ həll yollarını tapmaq;  
  • Digər operatorlar, sahə rəhbərliyi və müştərilərlə müntəzəm əlaqə saxlamaq, işlərin koordinasiyalı şəkildə həyata keçirilməsini təmin etmək;
  • Fövqəladə hallarda (nasazlıq, qəza və s.) operativ tədbirlər görmək və müvafiq təhlükəsizlik planlarına əməl etmək;
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
  • Beton istehsalı ilə bağlı müvafiq təlimatları yerinə yetirmək, şirkət standartlarına riayət etmək və keyfiyyətə nəzarət etmək.

CV-ləri məktubun mövzu xanasında “Beton zavodu operatoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

NB Norm Beton LLC
Norm Beton LLC

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et