LE
Landau Education Group
Çağrı mərkəzi üzrə mütəxəssis (Landau school - Hazırlıq Məktəbi)
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Müştəri xidməti
Vəzifə haqqında
Təsvir
- Telefon, e-mail və whatsapp vasitəsi ilə müştərilərdən daxil olan bütün sorğuların cavablandırılması;
- Sosial şəbəkələrdən daxil olan məlumata əsasən müştərilərlə əlaqənin saxlanılması və sorğuya əsasən müvafiq məlumatın verilməsi;
- Müraciət edən bütün müştərilərin müvafiq məlumatlarının bazaya daxil edilməsi;
- Potensial müştərilərlə ilkin satış mərhələsinin həyata keçirilməsi;
- Mütəmadi olaraq bazada olan potensial müştərilər ilə əlaqənin saxlanılması;
- Müştəriyə daha ətraflı məlumat vermək məqsədilə, müvafiq departament ilə əlaqələndirilməsi.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahədə bir ildən az olmayaraq iş təcrübəsi;
- Azərbaycan və Rus dillərini sərbəst bilmək;
- Satış bacarığı;
- Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq, ünsiyyətcil;
- Kompüter bilikləri: MS Office proqramları;
- Təşkilatçılıq qabiliyyəti;
- Zamanın idarə olunması və ünsiyyət/kommunikasiya bacarıqları.
Təqdim etdiyimiz iş şərtləri:
- İş yeri: Landau school 9-11 Hazırlıq Məktəbi, Zabitlər parkı;
- Stabil, gecikməyən əmək haqqı;
- Mütəmadi təlimlər;
- Professional karyera inkişafı üçün perspektiv;
- İş qrafiki: 6 günlük iş rejimi. I - V günlər 10:00 - 18:00 aralığında (nahar fasiləsi daxil olmaqla), şənbə günləri isə 9:00 - 14:00 aralığı.