VA Vision AcademyVision Academy

Direktor

16 saat əvvəl yerləşdirilib Mənbə
Təhsil
Aylıq maaş
₼2,000+
Son müraciət tarixi
6 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Mərkəzimizin konsepsiyası xarici dillər və müxtəlif peşə sahələri üzrə peşəkar təlim proqramlarının təşkilindən ibarətdir.

Vəzifə öhdəlikləri:

  • Mərkəzin ümumi fəaliyyətinin idarə olunması və inkişaf strategiyasının formalaşdırılması;
  • Təlim-tədris proqramlarının planlaşdırılması və keyfiyyətinə nəzarət edilməsi;
  • Təlimçi və müəllim heyətinin seçilməsi, qiymətləndirilməsi və inkişafının təmin edilməsi;
  • Yeni təlim proqramlarının hazırlanması və bazar ehtiyaclarına uyğunlaşdırılması;
  • Mərkəzin marketinq və satış strategiyasının formalaşdırılmasında iştirak etmək;
  • Tələbə qəbul prosesinin təşkili və effektivliyinin artırılması;
  • Maliyyə göstəricilərinə nəzarət və büdcənin idarə olunması;
  • Mərkəzin tərəfdaş şirkətlərlə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi;
  • Tədris və inzibati heyətin fəaliyyətinin koordinasiyası və performansına nəzarət;
  • Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.

 Kvalifikasiya tələbləri:

  • Təhsil: Ali təhsil  (idarəetmə, biznes, təhsil və ya əlaqəli sahələr üzrə üstünlükdür)
  • İş təcrübəsi:
    Təlim-tədris şirkətlərində, təhsil mərkəzi və ya oxşar sahədə idarəetmə üzrə minimum 2-3 il iş təcrübəsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Liderlik və təşkilatçılıq bacarığı;
  • Strateji düşünmə və qərarvermə bacarığı
  • Ünsiyyət və təqdimat bacarığı;
  • Analitik düşünmə bacarığı;
  • Problem həll etmə və nəticəyönümlülük bacarığı;
  • Məsuliyyətlilik və təşəbbüskarlıq;
  • Satış və biznes inkişafı üzrə biliklər;
  • Azərbaycan dilində səlis yazılı və şifahi nitq bacarığı;
  • İngilis dili biliyi - C1;
  • Rus dilində ünsiyyət bacarığı üstünlükdür. 

Təklif edirik:

  • Əmək haqqı: 2000-3000 AZN (Sabit Maaş);
  • Əlavə olaraq KPI üzrə mənfəətdən yüksək gəlir imkanı;
  • İş qrafiki: 6 gün / 09:00 - 18:00;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Gənc və peşəkar komanda ilə dinamik iş mühiti.

Tələblərə cavab verən namizədlər “Direktor (Təlim-tədris mərkəzi)” başlığı ilə öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

VA Vision Academy
Vision Academy
Təhsil

Vision Academy, qurulduğu gündən bəri bir çox sahələrdə xidmət göstərir. Hədəflərinə sadiq qalaraq Vision Academy, elm öyrənmək və bilik əldə etmək istəyənlərin əsas seçimlərindən biri olmuşdur.…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et