NC Nur CollectionNur Collection

Elektrik

12 saat əvvəl yerləşdirilib Mənbə
Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
26 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

“Nur Collection MMC “Elektrik” vəzifəsinə vakansiya elan edir.

Əmək haqqı: Razılaşma yolu ilə

İş şəraiti

  • 6 günlük iş qrafiki (6-cı günü qısa iş günü)
  • Nahar fasiləsi:13:00 -  14:00
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Ünvan: Bakı-sumqayıt yolunun üstü (Masazır dairəsi)

Əsas Vəzifələr:

  • İnzibati binanın daxilində və xaricində yerləşən bütün elektrik avadanlıqlarına və sərfiyyatına nəzarət edilməsi
  • Yeni açılan mağazalarda elektrik sistemlərinin quraşdırılmasında iştirak və texniki nəzarət
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına, elektrik avadanlıqlarında istismarı və enerji avadanlıqları və şəbəkələrindən istifadə qaydalarına əməl olunmasına nəzarət etməsi
  • Mağazalarda elektrik sistemlərinin istismarı, diaqnostikası və təmiri
  • Elektrik avadanlıqlarının, şəbəkələrin və sistemlərin düzgün və təhlükəsiz işləməsini təmin etmək.  
  • Elektrik xətlərinin, panellərin və digər qurğuların quraşdırılması, sazlanması və istismara verilməsi.  
  • Elektrik naqillərinin və kabel xətlərinin normativ tələblərə uyğun yoxlanılması
  • Qısaqapanma, yüklənmə və digər risk faktorlarının aşkarlanması və aradan qaldırılması
  • Elektrik təhlükəsizliyi qaydalarına uyğun olaraq profilaktik baxışların aparılması
  • Aşkarlanmış nasazlıqların aradan qaldırılması və təmir işlərinin vaxtında yerinə yetirilməsi.
  • Elektrik təchizatı sistemlərinin periodik olaraq texniki baxış və profilaktik xidmətlərinin aparılması.  
  • Elektrik avadanlıqlarının iş rejimlərinə uyğun işləməsinə nəzarət etmək.  
  • Təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına ciddi riayət etmək.  
  • İş zamanı istifadə olunan elektrik alətlərinin və cihazlarının sazlığını qorumaq.

Namizədə tələblər:

  • Elektrik mühəndisliyi və ya əlaqəli texniki ixtisas üzrə orta ixtisas / ali təhsil
  • Minimum 2 il müvafiq sahə üzrə iş təcrübəsi (pərakəndə satış obyektlərində təcrübə üstünlükdür)
  • Elektrik qurğularının istismarı və təhlükəsizliyi üzrə biliklər
  • Elektrik təhlükəsizliyi üzrə sertifikat (üstünlükdür)
  • İş təhlükəsizliyi və əməyin mühafizəsi standartları haqqında bilik
  • Diqqətlilik və texniki detallara həssas yanaşma
  • Komandada işləmək və məsuliyyətlili

Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Elektrik” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. 

NC Nur Collection
Nur Collection
Emal sənayesi

2014-cü ildən pərakəndə geyim mağazaları şəbəkəsi kimi fəaliyyət göstərən, 2021-ci ildən etibarən "Nur Collection" MMC öz yerli geyim brendini yaradaraq qadın, uşaq, kişi geyimləri istehsal etməyə…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et