CO
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- İnsan resursları
Vəzifə haqqında
İş haqqında
- İdman sahəsində fəaliyyət göstərən təşkilat üçün rəhbərliyə birbaşa dəstək göstərəcək, yüksək məsuliyyətli və operativ düşünən İcraçı koordinator axtarılır.
Vəzifə öhdəlikləri:
- Rəhbərlik tərəfindən verilən tapşırıqların icrasını koordinasiya etmək və icra vəziyyətinə nəzarət etmək;
- Daxil olan müraciət, təklif və məsələlərin ilkin təhlilini aparmaq və prioritetləşdirmək;
- Struktur bölmələr arasında koordinasiyanı və effektiv məlumat mübadiləsini təmin etmək;
- İclasların təşkili, gündəliklərin hazırlanması və qərarların icrasının monitorinqini aparmaq;
- Görüş və iclaslar üzrə qeydlərin aparılmasını, protokollaşdırılmasını və icra nəzarətini təmin etmək;
- Rəhbərlik səviyyəsində baxılması tələb olunan məsələləri sistemləşdirərək təqdim etmək;
- Operativ məsələlərin həllini əlaqələndirmək və icra prosesini izləmək;
- İş proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.
Tələblər:
- Ali təhsil (idarəetmə, biznes və ya əlaqəli sahələr üstünlükdür);
- Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət bacarığı;
- Minimum 3 il müvafiq iş təcrübəsi;
- Yüksək məsuliyyət hissi və məxfiliyin qorunması bacarığı;
- Güclü təşkilatçılıq, koordinasiya və kommunikasiya bacarıqları;
- Gərgin iş rejimində və yüksək təzyiq altında effektiv işləmək bacarığı;
- Operativ qərarvermə, analitik düşünmə və problem həll etmə bacarığı;
- Vaxtın səmərəli idarə olunması və prioritetləşdirmə bacarığı.
Biz nə təklif edirik:
- Rəqabətqabiliyyətli əmək haqqı;
- Dinamik və sürətli iş mühiti;
- Rəhbərliklə birbaşa işləmək imkanı;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
İş şərtləri:
- İş vaxtı: 09:00 – 18:00
- İş günləri: 5/2
- Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun gələn və növbəti mərhələyə keçən namizədlərlə əlaqə saxlanılacaq.