İnşaat mühəndisi
İş rejimi Tam ştat Kateqoriya Mühəndislik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vəzifə öhdəlikləri
- Tikinti layihələrinin icrasına texniki nəzarəti həyata keçirmək.
- Tikinti işlərinin layihə-smeta sənədlərinə, texniki normalara və keyfiyyət standartlarına uyğun aparılmasını təmin etmək.
- Tikinti sahəsində görülən işlərin planlaşdırılması, koordinasiyası və icrasına nəzarət etmək.
- Podratçı və subpodratçı təşkilatların fəaliyyətini koordinasiya etmək.
- Görülmüş iş həcmlərini yoxlamaq və müvafiq aktların hazırlanmasında iştirak etmək.
- Materialların keyfiyyətinə və texniki göstəricilərinə nəzarət etmək.
Tələblər
- İnşaat mühəndisliyi üzrə ali təhsil.
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi.
- Tikinti norma və qaydaları, layihə-smeta sənədləri üzrə bilik.
- AutoCAD proqramında sərbəst işləmək bacarığı.
- MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı.
- Layihələri oxumaq və texniki sənədləri təhlil etmək bacarığı.
- Məsuliyyətlilik, analitik düşüncə və operativ qərarvermə bacarığı.
- Komandada işləmək və effektiv ünsiyyət bacarığı.
Müraciət etmək üçün CV-lərinizi [email protected] elektron ünvanına göndərin.
Daha çox Müxtəlif vakansiyaları üçün www.isbu.az saytına keçid edin.
A
AMASS MMC