SEMSənayecihaz Elmi-İstehsalat Müəssisəsi

Keyfiyyətə Nəzarət üzrə Baş Mütəxəssis (Mexaniki Emal) – Şirvan

Şirvan 3 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat 3–5 il Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir


  • Mexaniki emal sahəsində istehsal olunan detalların çertyoj, texniki şərt və normativ sənədlərin tələblərinə uyğunluğuna nəzarət etmək;
  • İlk nümunə (First Piece Inspection) və aralıq nəzarət yoxlamalarının həyata keçirilməsini təşkil etmək;
  • Hazır detalların ölçü, forma, mövqe və səth keyfiyyəti göstəricilərinin yoxlanılmasını təmin etmək;
  • CMM (Coordinate Measuring Machine) vasitəsilə ölçmə proseslərinin təşkilində iştirak etmək;
  • İstehsalat zamanı aşkar edilmiş uyğunsuzluqların sənədləşdirilməsini, araşdırılmasını və uyğunsuz məhsulun idarə edilməsi prosesini koordinasiya etmək;
  • Mexaniki emal proseslərində yaranan keyfiyyət problemlərinin kök səbəb analizini (Root Cause Analysis) aparmaq və düzəldici tədbirlər hazırlamaq;
  • İstehsalat sahələrində texnoloji intizama və təsdiq olunmuş proseslərə əməl edilməsinə nəzarət etmək;
  • Keyfiyyət göstəricilərinin statistik təhlilini aparmaq və rəhbərliyə hesabatlar təqdim etmək;
  • Ölçmə vasitələrinin kalibrlənməsi və dövri yoxlamalarının izlənilməsini təmin etmək;
  • İstehsalat, texnoloji və konstruktor bölmələri ilə qarşılıqlı fəaliyyət göstərərək keyfiyyət problemlərinin operativ həllində iştirak etmək.


Tələblər


  • Təhsil: Metallurgiya, Sənaye mühəndisliyi və ya digər oxşar mühəndislik sahələri üzrə ali təhsil;
  • Təcrübə: Mexaniki emal sahəsində keyfiyyətə nəzarət üzrə minimum 6-7 illik iş təcrübəsi;
  • Texniki biliklər: Konstruktor və texniki sənədlər (çertyojlar), texniki şərtlər və normativ sənədlərlə peşəkar işləmə bacarığı;
  • Mexaniki və qeyri-dağıdıcı sınaqları (NDT) həyata keçirmək bacarığı;
  • Müxtəlif ölçü alətləri və vasitələri ilə dəqiq işləmə qabiliyyəti;
  • CMM (Koordinat Ölçmə Maşını) ilə ölçmə prosesləri haqqında anlayış və ya iş təcrübəsi.


SEM
Sənayecihaz Elmi-İstehsalat Müəssisəsi

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et