Keyfiyyətə Nəzarət üzrə Baş Mütəxəssis (Mexaniki Emal) – Şirvan
Work mode Full-time Experience 3–5 years Category Engineering
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Təsvir
- Mexaniki emal sahəsində istehsal olunan detalların çertyoj, texniki şərt və normativ sənədlərin tələblərinə uyğunluğuna nəzarət etmək;
- İlk nümunə (First Piece Inspection) və aralıq nəzarət yoxlamalarının həyata keçirilməsini təşkil etmək;
- Hazır detalların ölçü, forma, mövqe və səth keyfiyyəti göstəricilərinin yoxlanılmasını təmin etmək;
- CMM (Coordinate Measuring Machine) vasitəsilə ölçmə proseslərinin təşkilində iştirak etmək;
- İstehsalat zamanı aşkar edilmiş uyğunsuzluqların sənədləşdirilməsini, araşdırılmasını və uyğunsuz məhsulun idarə edilməsi prosesini koordinasiya etmək;
- Mexaniki emal proseslərində yaranan keyfiyyət problemlərinin kök səbəb analizini (Root Cause Analysis) aparmaq və düzəldici tədbirlər hazırlamaq;
- İstehsalat sahələrində texnoloji intizama və təsdiq olunmuş proseslərə əməl edilməsinə nəzarət etmək;
- Keyfiyyət göstəricilərinin statistik təhlilini aparmaq və rəhbərliyə hesabatlar təqdim etmək;
- Ölçmə vasitələrinin kalibrlənməsi və dövri yoxlamalarının izlənilməsini təmin etmək;
- İstehsalat, texnoloji və konstruktor bölmələri ilə qarşılıqlı fəaliyyət göstərərək keyfiyyət problemlərinin operativ həllində iştirak etmək.
Tələblər
- Təhsil: Metallurgiya, Sənaye mühəndisliyi və ya digər oxşar mühəndislik sahələri üzrə ali təhsil;
- Təcrübə: Mexaniki emal sahəsində keyfiyyətə nəzarət üzrə minimum 6-7 illik iş təcrübəsi;
- Texniki biliklər: Konstruktor və texniki sənədlər (çertyojlar), texniki şərtlər və normativ sənədlərlə peşəkar işləmə bacarığı;
- Mexaniki və qeyri-dağıdıcı sınaqları (NDT) həyata keçirmək bacarığı;
- Müxtəlif ölçü alətləri və vasitələri ilə dəqiq işləmə qabiliyyəti;
- CMM (Koordinat Ölçmə Maşını) ilə ölçmə prosesləri haqqında anlayış və ya iş təcrübəsi.
SEM
Sənayecihaz Elmi-İstehsalat Müəssisəsi