Bioloji Təbabət Klinikası Kontent Mütəxəssisi
20 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Marketinq
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi komandamıza peşəkar, məsuliyyətli və yaradıcı yanaşmaya malik Kontent Mütəxəssisi dəvət edir.
Bu vəzifənin əsas məqsədi müəssisənin rəqəmsal kommunikasiya strategiyasına uyğun olaraq etibarlı, informativ və yüksək keyfiyyətli kontentin hazırlanması, brend dəyərinin gücləndirilməsi və pasiyentlərlə effektiv ünsiyyətin təmin edilməsidir.
Vəzifə öhdəlikləri:
- Sosial media platformaları üçün aylıq və həftəlik kontent planlarının hazırlanması
- Instagram, Facebook, TikTok, LinkedIn və digər rəqəmsal platformalar üçün mətnlərin hazırlanması və idarə olunması
- Həkimlər və digər mütəxəssislərlə əməkdaşlıq edərək tibbi mövzuların araşdırılması, elmi məlumatların düzgün və anlaşılan formada təqdim edilməsi
- Veb-sayt üçün SEO tələblərinə uyğun məqalələrin hazırlanması və mövcud məzmunun optimallaşdırılması
- Video, Reels və digər rəqəmsal layihələr üçün ssenarilərin hazırlanması
- Dizayn və video istehsalı komandası ilə koordinasiyalı işləmək
- Kontentin effektivliyini mütəmadi təhlil etmək, hesabatlar hazırlamaq və inkişaf istiqamətləri üzrə təkliflər vermək
- Səhiyyə sektoru üzrə yenilikləri, rəqəmsal marketinq trendlərini və rəqiblərin fəaliyyətini mütəmadi izləmək
Namizədə tələblər:
- Ali təhsil (Biznesin idarə olunması, Marketinq, İqtisadiyyat, Menecment və ya uyğun sahə üzrə)
- Azərbaycan dilində yüksək səviyyədə yazılı ünsiyyət və redaktə bacarığı
- Kontent marketinqi, kopiraytinq və ya SMM sahəsində minimum 2 il iş təcrübəsi
- Analitik düşüncə, güclü araşdırma və məlumatların emalı bacarığı
- SEO prinsipləri üzrə ilkin biliklər
- ChatGPT və digər süni intellekt alətlərindən effektiv istifadə bacarığı
- Tibbi mövzulara maraq və elmi məlumatlarla işləmək bacarığı
- Vaxtın düzgün idarə olunması, yüksək məsuliyyət hissi və komanda ilə əməkdaşlıq bacarığı.
- Tibb və ya sağlamlıq sektorunda iş təcrübəsi
- Google Workspace (Docs, Sheets), Meta Business Suite və digər rəqəmsal idarəetmə alətləri ilə işləmə bacarığı
- Foto və video kontentin planlaşdırılması və istehsal prosesləri barədə bilik
İş şəraiti:
- İş qrafiki: 6 gün, şənbə günü qısa iş günüdür
- İstirahət: Bazar günü
- Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir.
Göstərilən tələblərə uyğun gələn namizədlərdən mövzu hissəsində “Kontent Mütəxəssisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
BTK 

Bioloji Təbabət Klinikası