Kreditorlar üzrə mühasib
21 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Maliyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Əsas vəzifə öhdəlikləri:
- Debitor və kreditor borclar üzrə aylıq,rüblük üzləşmə aktlarının hazırlanması, göndərilməsi və təsdiqlənməsinin izlənməsi;
- Debitor və kreditor borcların analizi, qalıqların dəqiqliyinin yoxlanılması;
- Uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması üçün əlaqədar şöbələrlə işləmək;
- Rəhbərliyə dövri hesabatlar və analitik məlumatların təqdim olunması;
- Audit yoxlamaları üçün tələb olunan üzləşmə sənədlərinin hazırlanması.
Tələb olunan bilik və bacarıqlar:
- Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (əsasən MS Excel);
- Vergi və mühasibat uçotu sahəsində biliklər;
- Analitik düşüncə və detallara diqqət;
- Komanda ilə işləmə bacarığı və məsuliyyətlilik.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil (mühasibatlıq, maliyyə və ya iqtisadiyyat ixtisası üzrə);
- Minimum 1 il iş təcrübəsi.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kreditorlar üzrə mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Tam Store
Topdansatış və pərakəndə ticarət
“Tam Store” MMC ölkəmizin pərakəndə satış sektorunda öz xüsusi payı olan və daim bu sahədə yüksəlməyi hədəfləyən marketlər şəbəkəsidir. “Tam Store” öz gənc və peşəkar komandası ilə ölkədə pərakəndə…