OB& Olivia Beauty & CareOlivia Beauty & Care

Layihələrin idarə edilməsi üzrə menecer

2 gün əvvəl yerləşdirilib Mənbə
İnsan resursları
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
12 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

  • Şirkətin ümumi marketinq layihələrinin icrasının idarə olunması və müxtəlif şöbələrlə koordinasiyanın təmin edilməsi;
  • Layihələr üzrə risklərin əvvəlcədən müəyyən edilməsi və həlli yollarının hazırlanması;
  • Layihələrin büdcəsinin və resurslarının effektiv idarə olunması;
  • Yeni mağazaların açılışı və mövcud mağazalarda marketinq layihələrinin vaxtında həyata keçirilməsinin təmin edilməsi;
  • Daxili və xarici komandalar ilə görüşlərin təşkili və koordinasiyası;
  • Layihələrin nəticələrinin təhlili və gələcək layihələr üçün təkmilləşdirmə təkliflərinin hazırlanması;
  • Reklam agentlikləri, istehsalçılar və digər tədarükçülər ilə işin təşkili və icrasına nəzarət edilməsi.

Tələblər

  • Ali təhsil (biznes idarəçiliyi, marketinq, mühəndislik və ya əlaqədar sahələr üzrə üstünlük verilir).
  • Layihə idarəçiliyində minimum 2 il iş təcrübəsi.
  • Retail və FMCG sektorunda təcrübə arzuolunandır;
  • Mağaza açılış layihələrində iştirak arzuolunandır;
  • Güclü planlaşdırma və təşkilatçılıq bacarığı;
  • Təzyiq altında işləmə və vaxt idarəetməsi bacarığı;
  • Azərbaycan və rus dillərində sərbəst, ingilis dili üstünlükdür;
  • MS Office, Bitrix, Jira və digər idarəetmə alətlərində işləmə bacarığı.

Sən də bizim komanda üzvü olmaq istəyirsənsə sadəcə Müraciət et düyməsində qeyd olunan link vasitəsi ilə keçid edə bilərsən. 

OB& Olivia Beauty & Care
Olivia Beauty & Care
Topdansatış və pərakəndə ticarət

“Olivia” Beauty & Care geniş assortimentli, Türkiyə, İtaliya, Polşa, Belarus və s. ölkələrdən olan tanınmış, həm də eksklüziv baxım və dekorativ kosmetika, parfümeriya, həmçinin məişətdə istifadə…

Oxşar vakansiyalar

Hamısına bax