A AzParking MMCAzParking MMC

Lift və Eskalatorların Təmiri üzrə Mütəxəssis

19 saat əvvəl yerləşdirilib Mənbə
Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
27 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Şirkətimiz lift və eskalator sistemlərinin texniki xidməti, diaqnostikası və təmiri üzrə komandamıza qoşulmaq üçün məsuliyyətli və peşəkar Lift və Eskalatorların Təmiri üzrə Mütəxəssis axtarır.

Namizəd lift və eskalator avadanlıqlarında yaranan texniki nasazlıqları operativ şəkildə müəyyən etməli, səbəbini təhlil etməli və təhlükəsizlik qaydalarına uyğun olaraq təmir işlərini həyata keçirməlidir.

Əsas vəzifələr

  • Lift və eskalatorların planlı texniki baxış və texniki xidmət işlərini həyata keçirmək;
  • Mexaniki və elektrik-elektron sistemlərdə nasazlıqları müəyyənləşdirmək və aradan qaldırmaq;
  • Lift idarəetmə panelləri, invertorlar, sensorlar, relelər və digər elektrik komponentləri ilə işləmək;
  • Mühərrik, reduktor, əyləc sistemi, qapı mexanizmləri və digər mexaniki komponentlərin texniki vəziyyətini yoxlamaq;
  • Eskalatorların pilləkən, zəncir, tutacaq (handrail), hərəkət sistemi və təhlükəsizlik komponentlərinə texniki xidmət göstərmək;
  • Nasazlıqların səbəbini müəyyən etmək və təkrar yaranmasının qarşısını almaq üçün texniki tədbirlər görmək;
  • Qəza və təcili çağırışlara müəyyən edilmiş prosedurlara uyğun operativ reaksiya vermək;
  • Görülmüş işlər barədə texniki hesabat və servis aktlarını hazırlamaq;
  • Ehtiyat hissələrinin dəyişdirilməsi ilə bağlı texniki ehtiyacları müəyyən etmək;
  • İş zamanı əməyin mühafizəsi, elektrik təhlükəsizliyi və istehsalat təhlükəsizliyi qaydalarına ciddi riayət etmək;
  • Müştəri və obyekt nümayəndələri ilə peşəkar ünsiyyət qurmaq.

Tələblər

  • Lift və ya eskalatorların texniki xidməti və təmiri üzrə minimum 2 il iş təcrübəsi;
  • Elektrik, elektromexanika və mexanika sahəsində praktiki biliklər;
  • Elektrik sxemlərini və texniki çertyojları oxuma bacarığı;
  • Multimetr və digər ölçü-cihazlarından istifadə bacarığı;
  • Nasazlıqların diaqnostikası və texniki problemlərin operativ həlli bacarığı;
  • Lift və eskalator təhlükəsizlik sistemləri haqqında anlayış;
  • Fövqəladə vəziyyətlərdə düzgün və soyuqqanlı qərar qəbul etmək bacarığı;
  • Komandada və müstəqil işləmək bacarığı;
  • Fiziki iş şəraitinə uyğunluq;
  • Məsuliyyətli, intizamlı və təhlükəsizlik qaydalarına həssas yanaşma;
  • B kateqoriyalı sürücülük vəsiqəsi arzuolunandır.

Üstünlük hesab olunur

  • KONE, Schindler, Otis, Mitsubishi, Hyundai və digər lift/eskalator sistemləri ilə iş təcrübəsi;
  • Müxtəlif istehsalçıların idarəetmə sistemləri və invertorları üzrə bilik;
  • Eskalator təmiri üzrə praktiki təcrübə;
  • Elektrik və elektromexanika üzrə peşəkar təhsil;
  • Texniki təhlükəsizlik üzrə əlavə sertifikatlar;
  • İngilis və ya rus dilində texniki sənədləri oxuma bacarığı.

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən mövzu hissəsində “Lift və Eskalatorların Təmiri üzrə Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

A AzParking MMC
AzParking MMC

Oxşar vakansiyalar

Hamısına bax