A ABBABB

Məsafədən müştərilərin tanınması və eyniləşdirməsi şöbəsinin mütəxəssisi

6 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
19 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Görəcəyiniz işlər:

  • Müxtəlif kanallardan daxil olan bütün müştəri sorğuları ilə işləmək, müştəriləri lazımi qaydada məlumatlandırmaq və bütün müştəri sorğularını üzrə yüksək keyfiyyətli xidmət göstərmək;
  • Kredit və qeyri-kredit məhsulları üzrə onlayn xidmətin təşkili, idarə olunması və yönləndirilməsi;
  • Gördüyü işlərlə bağlı gündəlik, aylıq, rüblük, illik hesabatı hazırlayıb qrup rəhbərinə, şöbə müdirinə, təqdim etmək;
  • Bazar araşdırması məqsədilə müştərilərə sorğu xarakterli zənglər etmək;
  • Birbaşa rəhbər tərəfindən tapşırılan vəzifəsinə aid digər öhdəlikləri yerinə yetirmək;
  • Bankın sağlamlıq və təhlükəsizlik siyasətinin tələblərinə və verilə biləcək əlavə təhlükəsizlik tələblərinə riayət etmək;
  • Online müraciətlərin video qeydiyyatının aparılması və təsdiqlənməsi;
  • Müştərilərlə video zənglərin aparılması;
  • Müştəri şəxsiyyətinin məsafədən eyniləşdirilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli;
  • Müvafiq istiqamətdə minimum 1 il təcrübəsi olan;
  • Cari istiqamət üzrə Mərkəzi Bankın qaydaları və bank işinin əsasları haqqında biliklərə sahib olan;
  • Azərbaycan (səlis), rus (yaxşı) və ingilis (yaxşı) dillərini bilən;
  • MS Office proqramlarını mükəmməl bilən şəxsdir.
A ABB
ABB
Maliyyə və sığorta fəaliyyəti

“ABB” ASC 1992-ci ilin 10 yanvarında tam səhmdar cəmiyyət tipli bank kimi fəaliyyətə başlayıb. ABB hazırda aktivlərinin həcminə, müştəri bazasına və beynəlxalq əməliyyat portfelinə görə Cənubi Qafqaz…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et