FB FinexKredit BOKTFinexKredit BOKT

Mühasib

2 gün əvvəl yerləşdirilib Mənbə
Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
12 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Namizədə dair tələblər

  • Ali xüsusi profil təhsili (mühasibat, maliyyə, iqtisadiyyat);
  • İş təcrübəsi: minimum 5 il
  • Yaş: 22-45
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı səviyyədə) 
  • BOKT və ya bank mühasibatını bilməli
  • BOKT-a aid bütün növ hesabatların verilməsini bilməli
  • Komputer bilikləri: Microsoft Office (Excel yüsək səviyyədə), 1C bilikləri;:Mühasibatlıq, Vergi hesabatları, BTP
  • Əmək və Vergi qanunvericiliyi, Boktlar haqqında mövcud Qanunvericilik, AR Mərkəzi Bankın normativ sənədləri, Mülki Qanunvericilik üzrə biliklər
  • Mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qayda və muddətlərini bilməli;
  • Yoxlama və sənədli təftişin aparılması qaydasını bilməli;
  • Mühasibat uçotunun təşkilinin təkmilləşdirilməsi üzrə təcrübəni bilməli; 
  • Komanda ilə işləmək bacarığı
  • Kommunikasiya bacarığının yüksək səviyyədə olmağı

İş barədə məlumat

Öhdəliklər 

  • Maliyyə əməliyyatlarının mühasibat uçotunda düzgün və vaxtında əks etdirilməsi; 
  • İlkin uçot sənədlərinin (qaimə, hesab-faktura, akt və s.) qəbul edilməsi, yoxlanılması və sistemə daxil edilməsi; 
  • BOKT hesabları üzrə əməliyyatların uçotu və uzlaşdırılması (reconciliation); 
  • Debitor və kreditor borclarının uçotu və nəzarəti; 
  • Əmək haqqı hesablamaları və əlaqəli ödənişlərin uçotu (zərurət olduqda); 
  • Vergi öhdəliklərinin hesablanması və müvafiq hesabatların hazırlanmasında iştirak; 
  • Əsas vəsaitlərin və amortizasiya hesablamalarının uçotu; 
  • Ehtiyatların və xərclərin düzgün təsnifatı və uçotu; 
  • Mühasibat proqramlarında (Smart,1C və s.) məlumatların daxil edilməsi və nəzarət; 
  • Maliyyə hesabatlarının (balans, mənfəət və zərər hesabatı və s.) hazırlanmasında iştirak; 
  • Daxili nəzarət prosedurlarına riayət olunması və risklərin minimallaşdırılması; 
  • Audit yoxlamaları zamanı tələb olunan məlumat və sənədlərin hazırlanması; 
  • Baş mühasib tərəfindən verilən digər tapşırıqların icrası. 

Əmək haqqı

  • Razılaşma əsasında.

Qeyd olunan tələblərə uyğun gələn namizədlər “Mühasib” başlığından istifadə edərək, öz CV və peşəkar karyera məlumatlarını, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

FB FinexKredit BOKT
FinexKredit BOKT

Oxşar vakansiyalar

Hamısına bax