Mühasib
1 gün əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Maliyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
166 Yükdaşıma və Logistika şirkəti “Mühasib” vakansiyası elan edir.
Tələblər:
- Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının vergi qanunvericiliyi üzrə biliklər;
- 1C (8.3) və MS Excel proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşünmə, məsuliyyətlilik və diqqətlilik.
Vəzifə öhdəlikləri:
- Gündəlik maliyyə və mühasibat əməliyyatlarının uçotunu aparmaq;
- İlkin mühasibat sənədlərini hazırlamaq və yoxlamaq;
- Bank əməliyyatlarını və ödəniş tapşırıqlarını icra etmək;
- Vergi, DSMF və digər dövlət orqanlarına hesabatların hazırlanmasında iştirak etmək;
- Debitor və kreditor borclarına nəzarət etmək;
- Rəhbərlik tərəfindən tələb olunan maliyyə hesabatlarını hazırlamaq.
İş şəraiti:
- İş qrafiki: 6 günlük;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq;
- Ünvan: Hökməli qəsəbəsi.
Uyğun namizədlərdən CV-lərini “Mühasib” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.
1YV 
166 Yükdaşıma və Logistika
Nəqliyyat və anbar təsərrüfatı
2012-ci ildə fəaliyyətinə bir neçə yük maşını ilə başlayan “166 Yükdaşıma və Logistika” brendi hazırda yükdaşıma və logistika sahəsi üzrə ölkənin qabaqcıl şirkətlərindən biridir. Yüklərin daşınması…