Mühasib
Təcrübə 3–5 il Kateqoriya Maliyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
- İş rejimi: I-V günlər 09:00 dan - 18:00 dək
- İş yeri: Bakı şəhəri, Nizami metrosu yaxınlığında, Ofis binası
Öhdəliklər
- MS Office proqramları və 1C 8.1 mühasibatlıq proqramından istifadə etmə bacarığı;
- E-taxes.gov.az portallarından istifadə etmə bacarığı;
- E-qaimələrin yazılması;
- Ödənişlərə nəzarətin edilməsi;
- Müqavilələrin, hesab-fakturaların, aktların, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının tərtibi;
- Aylıq kreditor və debitor borcların ödənilməsinə mütəmadi nəzarət və hesabatların hazırlanması;
- Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək;
- Anbardan çıxan mallara elektron qaimə və hesab fakturalarının yazılması.
Tələblər
- Təhsil: Ali (Maliyyə və ya mühasibatlıq sahəsi üzrə)
- İş təcrübəsi: müvafiq vəzifə üzrə ən azı 1 il
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili (arzuolunandır)
- MS Office və 1C proqramlarında işləmək bacarığı
- Müştərilər ilə peşəkar kommunikasiya bacarıqları
- Kollektiv ilə işləmə bacarığı
- Dürüstlük, dəqiqlik və məsuliyyətlilik
B
BME MMC