Mühasib
İş rejimi Tam ştat Təcrübə 1–3 il Kateqoriya Maliyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
- Mühasibat uçotu üzrə maliyyə əməliyyatlarının qeydiyyatının aparılmasını və müvafiq şəkildə əks etdirilməsini təmin etmək;
- Mühasibat uçotu üzrə məlumatların, o cümlədən ilkin sənədlərin hazırlanmasında və işlənməsində iştirak etmək;
- Debitor və kreditor hesablaşmalarının uçotunun aparılmasında iştirak etmək;
- Mühasibat uçotu üzrə sənədlərin düzgün tərtibatını və saxlanılmasını təmin etmək;
- Mühasibat əməliyyatlarının balans və balansdankənar hesablarda müxabirləşmələrinin düzgün və vaxtında əks etdirilməsini təmin etmək;
- Kreditin verilməsi və ödənişi ilə bağlı bütün müxabirləşmə əməliyyatlarını və digər zəruri işləri yerinə yetirmək;
- “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin tələblərinə uyğun olaraq hesabat hazırlamaq;
- Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (IFRS) uyğun olaraq hesabat hazırlamaq;
- Aidiyyəti şöbələr ilə qalıqları üzləşdirmək;
- Maliyyə əməliyyatları üzrə çirkli pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tələblərə riayət etmək;
- Rəhbərlik tərəfindən tələb olunan hesabatları vaxtında yerinə yetirmək;
- Şöbə müdirinin və digər rəhbər şəxslərin tapşırıqlarını icra etmək.
Xüsusi tələblər
- Maliyyə, mühasibat uçotu, audit və ya iqtisadiyyat üzrə ali təhsilə malik olmaq;
- Mühasibat uçotu, maliyyə və ya audit sahəsində ən azı 1 il əmək stajına malik olmaq;
- Mühasibat sənədlərinin hazırlanması və işlənməsi üzrə bilik və bacarıqlara malik olmaq;
- Mühasibat uçotu, maliyyə əməliyyatları və ya audit üzrə beynəlxalq kvalifikasiyası və sertifikatı olan şəxslərə üstünlük verilir;
- Hesabatları vaxtında tərtib etmək və icra etmək bacarığına malik olmaq;
- Azərbaycan dilini mükəmməl səviyyədə, ingilis dilini orta səviyyədə bilmək;
- Yüksək kompüter səriştəsinə, xüsusən Microsoft Excel proqramı ilə iş sahəsində peşəkar vərdişlərə malik olmaq;
- Tapşırıqları son icra tarixinədək yerinə yetirmək qabiliyyətinə malik olmaq;
- Komanda ruhu, məsuliyyətlilik və çeviklik nümayiş etdirmək.
AK 
Aqrar Kredit