Azforel LLC Mühasib (Gəncə)
Vəzifə haqqında
Şəhər: Gəncə
Tələblər:
Ali təhsil (Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat və ya əlaqəli ixtisaslar üzrə);
Mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi;
1C və ERP sistemlərində sərbəst işləmək bacarığı;
Vergi qanunvericiliyi üzrə dərin biliklər;
Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi təcrübəsi;
Maliyyə hesabatlarının hazırlanması bacarığı;
Balans, Mənfəət və Zərər Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti Hesabatı və digər maliyyə hesabatlarını hazırlamaq və təhlil etmək bacarığı;
ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində vergi və digər vergi öhdəlikləri üzrə biliklər;
Elektron Vergi Portalı, e-taxes, e-gov, e-sosial sistemlərində işləmək bacarığı;
Microsoft Excel proqramını yüksək səviyyədə bilmək (düsturlar, Pivot Table, hesabatların hazırlanması);
Analitik düşünmə, məsuliyyətlilik, dəqiqlik və məxfiliyə riayət etmək;
Komandada işləmək və vaxtın düzgün idarə olunması bacarığı.
Biz Sizə nə təklif edirik?
Əmək haqqı 1.500 AZN-dən başlayaraq (namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən edilir);
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
Karyera yüksəlişi və peşəkar inkişaf imkanları;
Stabil və uzunmüddətli iş yeri;
Müasir və komfortlu iş mühiti;
Peşəkar və dəstəkçi komandada çalışma imkanı;
Nəticəyönümlü motivasiya və mükafatlandırma sistemi.
İş haqqında məlumat
İş qrafiki: 6 günlük iş rejimi;
İş günləri: Bazar ertəsi – Şənbə;
İş saatları: 09:00 – 17:00;
İş yeri: AzForel MMC
İş fəaliyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq həyata keçirilir.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
