Azforel LLCAzforel LLC

Mühasib (Gəncə)

14 saat əvvəl yerləşdirilib Mənbə
Maliyyə
Aylıq maaş
₼1,500+
Son müraciət tarixi
1 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Şəhər: Gəncə 

Tələblər:

  • Ali təhsil (Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat və ya əlaqəli ixtisaslar üzrə);
  • Mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi;
  • 1C və  ERP sistemlərində  sərbəst işləmək bacarığı;
  • Vergi qanunvericiliyi üzrə dərin biliklər;
  • Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi təcrübəsi;
  • Maliyyə hesabatlarının hazırlanması bacarığı;
  • Balans, Mənfəət və Zərər Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti Hesabatı və digər maliyyə hesabatlarını hazırlamaq və təhlil etmək bacarığı;
  • ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində vergi və digər vergi öhdəlikləri üzrə biliklər;
  • Elektron Vergi Portalı, e-taxes, e-gov, e-sosial sistemlərində işləmək bacarığı;
  • Microsoft Excel proqramını yüksək səviyyədə bilmək (düsturlar, Pivot Table, hesabatların hazırlanması);
  • Analitik düşünmə, məsuliyyətlilik, dəqiqlik və məxfiliyə riayət etmək;
  • Komandada işləmək və vaxtın düzgün idarə olunması bacarığı.

Biz Sizə nə təklif edirik?

  • Əmək haqqı 1.500 AZN-dən başlayaraq (namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən edilir);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
  • Karyera yüksəlişi və peşəkar inkişaf imkanları;
  • Stabil və uzunmüddətli iş yeri;
  • Müasir və komfortlu iş mühiti;
  • Peşəkar və dəstəkçi komandada çalışma imkanı;
  • Nəticəyönümlü motivasiya və mükafatlandırma sistemi.   

İş haqqında məlumat 

  • İş qrafiki: 6 günlük iş rejimi;
  • İş günləri: Bazar ertəsi – Şənbə;
  • İş saatları: 09:00 – 17:00;
  • İş yeri: AzForel MMC
  • İş fəaliyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq həyata keçirilir.  

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et