Mühasibatlıq Xidmətləri MMC Mühasib (qadın)
Vəzifə haqqında
Vəzifə öhdəlikləri:
Maliyyə sənədlərinin, hesab-fakturaların, ödəniş tapşırıqlarının və digər mühasibat sənədlərinin hazırlanması
Debitor və kreditor borclarının uçotunun aparılması və nəzarətdə saxlanılması
Bank əməliyyatlarının və internet bankçılığı vasitəsilə ödənişlərin icrası
Aylıq, rüblük və illik vergi, maliyyə və statistik hesabatların hazırlanması və təqdim edilməsi
Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər əmək ödənişlərinin hesablanması
Mühasibat hesabları üzrə üzləşmələrin aparılması və maliyyə əməliyyatlarının düzgünlüyünə nəzarət
1C 8.3 proqramında alış və satış əməliyyatlarının işlənməsi
Elektron qaimə-fakturaların, e-qaimələrin və digər elektron sənədlərin hazırlanması və idarə olunması
Ay sonu və il sonu bağlanış proseslərində iştirak
Audit və vergi yoxlamaları zamanı tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsi
Rəhbərlik üçün maliyyə məlumatlarının və hesabatların hazırlanması
Maliyyə sənədlərinin sistemli şəkildə arxivləşdirilməsi və daxili sənəd dövriyyəsinin idarə olunması
Tələblər:
Xanım namizədlər
Müvafiq sahə üzrə ali təhsil
Mühasibatlıq sahəsində minimum 1-3 il iş təcrübəsi
Vergi və mühasibat qanunvericiliyini yaxşı səviyyədə bilmək
MS Office proqramlarını, xüsusilə MS Excel-i yaxşı səviyyədə bilmək
Elektron hökumət portalları (e-taxes, e-gov və digər əlaqəli sistemlər) ilə işləmək bacarığı
Analitik düşüncə, məsuliyyət və yüksək təşkilatçılıq bacarığı
Detallara diqqət və müəyyən edilmiş müddətlər çərçivəsində işləmək bacarığı
Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı
Azərbaycan dilində sərbəst, ingilis dili üzrə orta səviyyədə bilik
Biz təklif edirik:
Əməkhaqqı müsahibə əsasında
İş qrafiki həftə içi 5 gündür. Şənbə və bazar istirahət günü
Peşəkar və dinamik komandada çalışma imkanı
Karyera və peşəkar inkişaf perspektivləri
Rahat və müasir ofis mühiti
İş yeri: Stn plaza
Maraqlanan namizədlər öz CV-lərini el[email protected] elektron poçt ünvanına göndərə bilərlər.
