A AvroraAvrora

Planlama mütəxəssisi

1 gün əvvəl yerləşdirilib Mənbə
Logistika
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
19 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Əsas vəzifə öhdəlikləri:

  • Satış və bazar araşdırmasından gələn təxmini plan çərçivəsində həftəlik, aylıq və ya illik olmaqla istehsal planlamasını hazırlamaq;
  • Planlanan məhsulun zamanında istehsala daxil olması üçün səy göstərmək;
  • Əldə olan və yeni təmin edilən məhsulu stokda saxlayaraq doğru şəkildə paylanmasını həyata keçirtmək;
  • Planlamaya daxil olan təxmini sifarişlərə görə daxili və xarici bazardan satınalma yolu ilə alınacaq məhsulları müəyyən edərək rəhbərə bildirmək;
  • İstehsal olunmuş məhsulun stokunu təqib etmək və stokda əksilən məhsulların istehsal planını vermək;
  • Kənardan alınan məhsulların müddətinə və istehsal həcminə görə stoku formalaşdırmaq;
  • İstehsal proqramında olmayan, lakin təcili istehsal olunması lazım olan məhsulların istehsalını həyata keçirilməsi üçün səy göstərmək;
  • Xüsusi kampaniyalar zamanı istehsal olunan məhsulların siyahısını hazırlayıb bağlı olduğu rəhbərə təqdim etmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Yüksək səviyyədə Excel bilikləri;
  • Analitik düşünmə bacarığı;
  • Kommunikasiya bacarığı;
  • Komanda ilə işləmək bacarığı;

Tələb olunan təhsil, iş təcrübəsi:

  • Təhsil: Ali təhsil (Sənaye mühəndisliyi/ İqtisadiyyat/ İdarəetmə sahələri üzrə);
  • Sahə üzrə minimum 1 illik təcrübəyə sahib olmalı (İstehsal planlama təcrübəsi mütləqdir)

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç., 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə;
  • Nahar təminatı.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Planlama mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

A Avrora
Avrora
Topdansatış və pərakəndə ticarət

“Avrora Qrup” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata…

Oxşar vakansiyalar

Hamısına bax