Planlama mütəxəssisi
Опубликовано 1 дн. назад Источник ↗
Категория Логистика
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Əsas vəzifə öhdəlikləri:
- Satış və bazar araşdırmasından gələn təxmini plan çərçivəsində həftəlik, aylıq və ya illik olmaqla istehsal planlamasını hazırlamaq;
- Planlanan məhsulun zamanında istehsala daxil olması üçün səy göstərmək;
- Əldə olan və yeni təmin edilən məhsulu stokda saxlayaraq doğru şəkildə paylanmasını həyata keçirtmək;
- Planlamaya daxil olan təxmini sifarişlərə görə daxili və xarici bazardan satınalma yolu ilə alınacaq məhsulları müəyyən edərək rəhbərə bildirmək;
- İstehsal olunmuş məhsulun stokunu təqib etmək və stokda əksilən məhsulların istehsal planını vermək;
- Kənardan alınan məhsulların müddətinə və istehsal həcminə görə stoku formalaşdırmaq;
- İstehsal proqramında olmayan, lakin təcili istehsal olunması lazım olan məhsulların istehsalını həyata keçirilməsi üçün səy göstərmək;
- Xüsusi kampaniyalar zamanı istehsal olunan məhsulların siyahısını hazırlayıb bağlı olduğu rəhbərə təqdim etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Yüksək səviyyədə Excel bilikləri;
- Analitik düşünmə bacarığı;
- Kommunikasiya bacarığı;
- Komanda ilə işləmək bacarığı;
Tələb olunan təhsil, iş təcrübəsi:
- Təhsil: Ali təhsil (Sənaye mühəndisliyi/ İqtisadiyyat/ İdarəetmə sahələri üzrə);
- Sahə üzrə minimum 1 illik təcrübəyə sahib olmalı (İstehsal planlama təcrübəsi mütləqdir)
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç., 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə;
- Nahar təminatı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Planlama mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
A 
Avrora
Topdansatış və pərakəndə ticarət
“Avrora Qrup” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata…