Dövlət Proqramı İdarəetmə Qrupu Proqram iştirakçıları ilə iş üzrə mütəxəssis
İş rejimi Tam ştat Təcrübə 1–3 il Kateqoriya Maliyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
- Təqaüd proqramı iştirakçılarının qəbul, qeydiyyat, təhsil müddəti və məzuniyyətədək bütün inzibati proseslərini koordinasiya etmək.
- Müraciət sənədlərini yoxlamaq, seçim prosesini təşkil etmək, təqaüd müqavilələrini hazırlamaq və Nazirliyə təqdim etmək.
- Proqram iştirakçıları ilə davamlı əlaqə saxlamaq, müqavilə dəyişiklikləri, universitet transferləri və digər inzibati məsələlər üzrə dəstək göstərmək.
- Təqaüdçülərin qeydiyyat statusunu, akademik fəaliyyətini və proqram tələblərinə uyğunluğunu izləmək, universitetlərlə mütəmadi koordinasiya aparmaq.
- Təhsil haqqı, yaşayış xərcləri, sığorta ödənişləri və digər maliyyə dəstəyi üzrə sənədləri yoxlamaq, ödəniş proseslərini maliyyə şöbəsi ilə koordinasiya etmək.
- Təqaüd kartları ilə bağlı məsələlərin (təqdim edilməsi, dəyişdirilməsi və s.) həllini təşkil etmək.
- Nazirlik, yerli və xarici universitetlər, eləcə də digər aidiyyəti tərəflərlə yazışmaları və koordinasiyanı həyata keçirmək.
- Proqram iştirakçıları, maliyyə ödənişləri və müqavilələrin vəziyyəti üzrə məlumat bazasını idarə etmək, dövri hesabatlar hazırlamaq və proqram göstəricilərini təhlil etmək.
- Proqram iştirakçısı məmnuniyyətinin qiymətləndirilməsi üçün sorğular keçirmək və proqramın təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.
- Təqaüd proqramının tanıtım tədbirlərində iştirak etmək, təqdimatlar keçirmək, rəsmi məktublar hazırlamaq və sənədlərin elektron sənəd dövriyyəsi sistemi vasitəsilə rəsmiləşdirilməsini təmin etmək.
Xüsusi tələblər
- Təhsil, idarəetmə və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür)
- MS Excel proqramını yüksək səviyyədə bilmək (formulalar, Pivot Table, məlumatların təhlili və hesabatların hazırlanması).
- Proqramların koordinasiyası, ali təhsil və ya dövlət sahəsində minimum 2–3 il iş təcrübəsi (təqaüd proqramları və ya beynəlxalq təhsil layihələri üzrə təcrübə üstünlükdür).
- Güclü təşkilatçılıq, ünsiyyət, problem həll etmə və detallara diqqət bacarıqları.
- Maliyyə prosesləri, universitet idarəçiliyi və maraqlı tərəflərlə əməkdaşlıq sahəsində biliklər üstünlük hesab edilir.
- Azərbaycan və ingilis dillərini sərbəst bilmək (əlavə xarici dil bilikləri üstünlükdür).
Müraciət qaydası:
- Namizədlərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
- Məktubun mövzu hissəsində mütləq şəkildə “Vakansiya – Mütəxəssis” qeyd edilməlidir.
- Son müraciət tarixi: 01.08.2026.
Qeyd: Müraciət edən namizədlərdən yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaqdır.
Müraciət etmək üçün: [email protected]DPİ 

Dövlət Proqramı İdarəetmə Qrupu