Green City Resort and ResidenceGreen City Resort and Residence

Restoran Direktoru

3 həftə əvvəl yerləşdirilib Mənbə: azvak.az ↗
Qonaqpərvərlik
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
5 iyul 2026

Vəzifə haqqında

Təmirdən yeni çıxmış fəaliyyətə başlayacaq, dənizkənarı premium restoranımız üçün peşəkar və nəticəyönümlü Restoran Meneceri axtarırıq. Əvvəl fəaliyyət olub müştəri kütləsi var iş sezonluq deyil.

Vəzifə öhdəlikləri:

  • Restoranın gündəlik əməliyyat fəaliyyətinin effektiv idarə olunmasını təmin etmək;

  • Komandanın işini təşkil etmək, əməkdaşların fəaliyyətinə nəzarət etmək və motivasiya etmək;

  • Müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılmasını təmin etmək;

  • Satışların artırılması istiqamətində təşəbbüslər irəli sürmək və icra etmək;

  • Xidmət keyfiyyətinə, servis standartlarına və qonaq təcrübəsinə nəzarət etmək;

  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;

  • Restoranın gəlirliliyinin artırılması və xərclərin idarə olunmasına nəzarət etmək.

  • Mətbəx ilə işləmə qabiliyyəti olmalı menyu tərtibatında yaxından iştirak etməli 

Tələblər:

  • Restoran və ya hospitality sahəsində rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi;

  • Güclü liderlik və komanda idarəetmə bacarıqları;

  • Müştəriyönümlü düşüncə tərzi;

  • Satış və nəticə yönümlü işləmək bacarığı;

  • Operativ qərarvermə və problem həll etmə bacarığı;

  • Yüksək ünsiyyət və təşkilatçılıq qabiliyyəti.

İş şəraiti:

  • İş qrafiki: Həftədə 6 iş günü, 1 gün istirahət;

  • Əmək haqqı: 3000 – 4000 AZN (təcrübə və bacarıqlardan asılı olaraq);

  • İş yeri: Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi (dənizkənarı restoran).

Bu vəzifə yalnız restoranın gündəlik fəaliyyətini idarə edən deyil, eyni zamanda qonaq məmnuniyyətini prioritet hesab edən, komandanı inkişaf etdirən və satış nəticələrinə təsir göstərən güclü rəhbərlər üçün nəzərdə tutulub. 

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Restoran meneceri” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya 051 882 97 29 əlaqə nömrəsinə göndərə bilərlər.

Green City Resort and Residence
Green City Resort and Residence

Oxşar vakansiyalar

Hamısına bax
Zəng et