Şamaltı Restoranı Restoran Meneceri
Vəzifə haqqında
Komandamıza təcrübəli və peşəkar Restoran Meneceri axtarılır.
Vəzifə öhdəlikləri:
Restoranın gündəlik fəaliyyətinin effektiv şəkildə idarə olunmasını təmin etmək;
İşçi heyətinin fəaliyyətini təşkil etmək və nəzarətdə saxlamaq; • Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək;
Müştəri müraciət və şikayətlərinin operativ həllini təşkil etmək;
Restoranda gigiyena, təmizlik və xidmət standartlarına riayət olunmasına nəzarət etmək;
Məhsul sifarişləri və inventar üzrə nəzarəti həyata keçirmək;
Hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
Yeni əməkdaşların təlim və adaptasiya prosesində iştirak etmək.
Namizədə tələblər:
Ali təhsil;
Restoran meneceri vəzifəsində minimum 3 il iş təcrübəsi;
Milli mətbəx restoranında iş təcrübəsi üstünlükdür;
İdarəetmə və təşkilatçılıq bacarıqları;
Məsuliyyətli, punktual və stressə davamlı olmaq;
Komanda ilə işləmək və komandaya rəhbərlik etmək bacarığı;
Xarici dil bilikləri üstünlükdür.
İş şəraiti:
6 günlük iş qrafiki;
Nahar ilə təmin olunur;
Əmək haqqı: 1500 AZN+ (təcrübə və biliklərə uyğun olaraq dəyişə bilər);
AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Mövzu hissəsində "Restoran Meneceri" qeyd etməyiniz xahiş olunur.
Əlavə məlumat üçün: +994 50 275 84 25
