HƏA Heydər Əliyev adına Müasir Təhsil KompleksiHeydər Əliyev adına Müasir Təhsil Kompleksi

Santexnik (Tam-ştat)

8 saat əvvəl yerləşdirilib Mənbə
Logistika
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
27 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi, 151

Tələb:

  • Müvafiq sahə üzrə peşə təhsili və ya sertifikatın olması üstünlükdür.

  • Santexnika sahəsində minimum 2 il iş təcrübəsi.

  • Su təchizatı, kanalizasiya və istilik sistemlərinin quraşdırılması, texniki xidməti və təmiri üzrə bilik və bacarıqlar.

  • Müxtəlif növ borular, fitinqlər, kranlar, ventillər və digər santexnika avadanlıqları ilə işləmək bacarığı.

  • Texniki nasazlıqları müəyyən etmək və operativ şəkildə aradan qaldırmaq bacarığı.

  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək.

  • Məsuliyyətli, nizam-intizamlı və komanda ilə işləmək bacarığı.

  • İşləri vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı.

Öhdəliklər:

  • Məktəbin su təchizatı, kanalizasiya və istilik sistemlərinin quraşdırılması, texniki xidməti və təmirini həyata keçirmək.

  • Santexnika avadanlıqlarının, boru xətlərinin, fitinqlərin və digər qurğuların yaxşı vəziyyətdə saxlanılmasını təmin etmək.

  • Aşkar edilmiş nasazlıqları operativ şəkildə aradan qaldırmaq və təkrar yaranmasının qarşısını almaq.

  • Profilaktik baxış və texniki xidmət işlərini müəyyən edilmiş qrafikə uyğun yerinə yetirmək.

  • Tələb olunduqda yeni santexnika avadanlıqlarının quraşdırılmasını və dəyişdirilməsini həyata keçirmək.

  • Görülən işlər zamanı təhlükəsizlik qaydalarına və daxili prosedurlara riayət etmək.

  • İstifadə olunan alət və avadanlıqların saz vəziyyətdə saxlanılmasını təmin etmək.

  • Texniki Təminat və İstismar şöbəsinin rəhbərliyi tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

  • Məktəb binasında santexnika sistemlərinin fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək.

  • Rəhbərlik tərəfindən verilən aidiyyəti tapşırıqları vaxtında yerinə yetirmək.

Təklif edirik:

  • Rəqabətə davamlı əməkhaqqı 

  • Məktəb tərəfindən nahar

  • Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı

Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt vasitəsilə göndərməli, mövzu hissəsində “Santexnik” qeyd etməlidirlər.

Son muraciət tarixi : 10 Avqust, 2026.

HƏA Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Təhsil

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi özündə bağça-məktəb fəaliyyətini birləşdirən, ölkəmizdə fəaliyyət göstərən ən nüfuzlu, ilk özəl təhsil müəssisəsidir. MTK 2001-ci il sentyabr ayının 1-də…

Oxşar vakansiyalar

Hamısına bax