Satış Mütəxəssisi
21 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Müştəri xidməti
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vəzifənin xülasəsi:
- Dapti-nin satış komandasına valideynlər və müəllimlərlə ünsiyyət quracaq, məhsulu düzgün təqdim edəcək və satış prosesini sona qədər idarə edəcək enerjili komanda yoldaşı axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
- Valideynlər və müəllimlərlə telefon və onlayn kanallar vasitəsilə əlaqə saxlamaq;
- Dapti platformasının üstünlüklərini aydın və səmimi şəkildə təqdim etmək;
- Potensial müştərilərin ehtiyaclarını anlamaq və uyğun həll təklif etmək;
- Satış müraciətlərini izləmək və nəticələri Excel-də qeyd etmək;
- Satış hədəflərinin yerinə yetirilməsi üçün komanda ilə birgə çalışmaq;
- Müştərilərdən gələn rəy və təklifləri məhsul komandasına çatdırmaq.
Tələb olunan bilik və bacarıqlar:
- Güclü kommunikasiya və inandırma bacarığı;
- Valideynlər və müəllimlərlə nəzakətli, səbirli və peşəkar ünsiyyət;
- Excel proqramında işləmək bacarığı mütləqdir;
- Sürətli dəyişən və çevik satış mühitinə uyğunlaşmaq bacarığı;
- Nəticəyönümlü, məsuliyyətli və təşəbbüskar yanaşma;
- Satış təcrübəsi üstünlükdür.
Dapti-də satış yalnız məhsul satmaq deyil, valideyn və müəllimlərə uşaqların təhsil nəticələrini yaxşılaşdıracaq həlli doğru şəkildə təqdim etməkdir.
Ünvan: Bakı şəhəri, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 5, 6-cı mərtəbə
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
D
Dapti