DDapti

Satış Mütəxəssisi

Posted 21 h ago Source
Customer Service
Monthly salary
Salary negotiable
Application deadline
21 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vəzifənin xülasəsi:

  • Dapti-nin satış komandasına valideynlər və müəllimlərlə ünsiyyət quracaq, məhsulu düzgün təqdim edəcək və satış prosesini sona qədər idarə edəcək enerjili komanda yoldaşı axtarırıq.

Əsas vəzifə öhdəlikləri:

  • Valideynlər və müəllimlərlə telefon və onlayn kanallar vasitəsilə əlaqə saxlamaq;
  • Dapti platformasının üstünlüklərini aydın və səmimi şəkildə təqdim etmək;
  • Potensial müştərilərin ehtiyaclarını anlamaq və uyğun həll təklif etmək;
  • Satış müraciətlərini izləmək və nəticələri Excel-də qeyd etmək;
  • Satış hədəflərinin yerinə yetirilməsi üçün komanda ilə birgə çalışmaq;
  • Müştərilərdən gələn rəy və təklifləri məhsul komandasına çatdırmaq.

Tələb olunan bilik və bacarıqlar:

  • Güclü kommunikasiya və inandırma bacarığı;
  • Valideynlər və müəllimlərlə nəzakətli, səbirli və peşəkar ünsiyyət;
  • Excel proqramında işləmək bacarığı mütləqdir;
  • Sürətli dəyişən və çevik satış mühitinə uyğunlaşmaq bacarığı;
  • Nəticəyönümlü, məsuliyyətli və təşəbbüskar yanaşma;
  • Satış təcrübəsi üstünlükdür.

Dapti-də satış yalnız məhsul satmaq deyil, valideyn və müəllimlərə uşaqların təhsil nəticələrini yaxşılaşdıracaq həlli doğru şəkildə təqdim etməkdir.

Ünvan: Bakı şəhəri, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 5, 6-cı mərtəbə

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Similar jobs

See all
Apply